Kəsik Təpədə işlərin ikinci mərhələsi başa çatıb – Mədəni İrs Agentliyi
Gürcüstan Mədəni İrs Agentliyinin məlumatına görə, Marneulidə Kəsik Təpədə infrastruktur işlərinin ikinci mərhələsi başa çatıb. Agentliyin yayımladığı məlumata əsasən, İmirdə, Kəsik Təpə ərazisində dam örtüyü strukturu üçün təməllər qoyulub. Daxili və xarici elektrik xətləri çəkilib.

“Arxeoloji abidəyə baxmaq, ətraf mühiti və landşaftı dərk etmək artıq fermalarda asılmış piyada pandusunun köməyi ilə mümkündür. Dövlət büdcəsindən maliyyələşmə çərçivəsində
Kəsik Təpədə həyata keçiriləcək infrastruktur işləri üçün Mədəni İrs Agentliyinin 2023-2024-cü illər üzrə büdcəsindən 2 110 212 lari ayrılıb. Kəsik Təpədə aparılacaq infrastruktur işlərini tenderdə qalib gələn şirkət – “New Construction” MMC rəhbərlik edib. Kəsik Təpənin arxeoloji zonası və yaşayış yeri torpaq tikililəri şəklindədir və aşkarlanmasından sonra onları yağış-külək yuyub aparırdı. Ona görə 2022-ci ildə Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Gürcüstan Mədəni İrsin Mühafizəsi Agentliyinin dəstəyi ilə müvafiq infrastrukturun qurulmasına başlanıldı ki, abidə qorunsun, gələn qonaqlar məkanı görə bilsinlər. Qeyd edək ki, bu ərazi dünyada həm üzümün, həm də şərabın ən qədim izlərinin tapıldığı yerdir”,
– Agentliyin məlumatına deyilir.

Obyektdə arxeoloji qazıntılar 2013-cü ildə başlayıb. İmirdəki Kəsik Təpənin bərpası üçün dövlət büdcəsindən 5 000 000 lari ayrılıb. Marneuli meriyası təpəyə gedən yolun bərpası üçün 1 260 359 lari dəyərində tenderi iyul ayında elan edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər