Şaban Məmmədov Fransada keçirilən müsabiqədə “Qran-Pri” mükafatına layiq görülüb
Marneulili müğənni Şaban Məmmədov Fransanın paytaxtı Parisdə keçirilən “LES ETOILES DE PARIS 2024” müsabiqəsində iştirak edib. O, 29 oktyabr tarixində baş tutan 31-ci beynəlxalq festivalında “Qran-Pri” mükafatına layiq görülüb.

Gənc müğənni həmin yarışa “Marneuli Mədəniyət Evi”nin dəstəyi ilə qatılıb və solo kateqoriyasında çıxış edib.

Fransada keçirilən “LES ETOILES DE PARIS 2024” müsabiqəsində Gürcüstanla yanaşı Çexiya, Ukrayna, Meksika, Malaziya
və Ermənistandan
olan müğənnilər də iştirak ediblər.

Qeyd edək ki, “Marneuli Mədəniyyət Evi”nin solisti olan Şaban Məmmədov bu günə qədər xaricdə keçirilən bir sıra müsabiqələrdə Gürcüstanı təmsil edib və qalibiyyətlər əldə edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google