Tbilisidə “Əvvəlcə öldülər, sonra evləndilər” tamaşası nümayiş etdiriləcək
Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının hazırladığı “Əvvəlcə öldülər, sonra evləndilər” tamaşası nümayiş etdiriləcək. Premyera 20 noyabr tarixində saat 19:00-da Qriboedov adına Dövlət Dram Teatrının kiçik səhnəsində baş tutacaq. “Marneuli” radiosuna bu barədə teatrın bədii rəhbəri Turqay Vəlizadə məlumat verdi.

Onun sözlərinə görə, tamaşada Telman İsfahanlı, Nərmin Həsənova, Fuad İsfahanlı, Mədinə Həsənova,
Esmiralda Məmmədova və Turqay Vəlizadə iştirak edirlər.

Tamaşa gürcüstanlı yazıçı Rafiel Eristavinin “Əvvəlcə öldülər, sonra evləndilər” əsərinin əsasında hazırlanıb və komedia janrındadır.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatı Turqay Vəlizadədir. Tamaşanın rəssamı isə Marika Kvaçadzedir.

Biletlərin qiyməti 20 laridir və biletləri biletebi.ge saytından əldə edə bilərsiniz.

Tamaşanın keçiriləcəyi ünvan: Tbilisi, Ş.Rustaveli prospekti 2/4, Qriboedov adına Dövlət Dram teatrı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google