Dmanisinin Qızılhacılı məktəbində “Qızıl Payız” adlı tədbir keçirilib (VİDEO)
13:12 / 22.11.2024
20 noyabr tarixində Dmanisi rayonunun Qızılhacılı ictimai
məktəbində “Qızıl Payız” adlı tədbir keçirilib.
Tədbirdə valideynlər, şagirdlər, məktəb kollektivi və Dmanisi
Bələdiyyə Məclisinin üzvləri iştirak ediblər.
“Qızıl Payız” adlı tədbir məktəb şagirdləri tərəfindən hazırlanıb
və şeirlər, rəqslər ifa olunub, yarışmalar və oyunlar
keçirilib.
Bununla yanaşı payız bayramında məktəb şagirdləri tərəfindən
hazırlanmış şirniyyatların satışı da həyata keçirilib. Buradan əldə
edilən gəlir isə xeyriyyə məqsədi üçün istifadə ediləcək.