Nana və Ekanın həyatı üçün yeni şablon
Nana və Ekanın həyatı üçün yeni şablon

Tsereteli kəndində yaşayan 55 yaşlı Nana Maçaraşvili ağlına da gətirə bilməzdi ki, onun öz dərzixanası olacaq, bir çox peşəkar təlimlər keçəcək və layihə yazmağı öyrənəcək.

Hər şey bir il əvvəl başladı. Təsadüfən qonşusundan eşidəndə ki, Marneulidə qadınlar klubu yaradılır, Nana kluba qoşuldu, tərəfdaş tapdı və tikiş avadanlığının alınması ilə bağlı layihə qazandı.

“CARE Caucasus” təşkilatı Nana və onun tərəfdaşına 4000 lari dəyərində maliyyə verib.


“Tikiş maşınlarının
alınması üçün layihə yazdıq və bir gün telefonuma zəng gəldi, mənə dedilər ki, layihəniz qalib gəlib. Bu elə hiss idi ki, qadınlar hər şeyi bacardığımızı hiss etdik. Çox şey öyrəndik. Eləcə də danışıq, fəaliyyət və ən əsası stimul əldə etdik”,
– Nana Maçaraşvili bildirir.

Nana ilə yanaşı Marneuli sakini Eka Qaqnidze də sevimli əl işini biznesə çevirib.

Evdə qurulmuş kiçik dərzixana indi böyük məkan ilə əvəz olunub. Nana və Eka yenilənmiş texnika, tikiş maşınları ilə müxtəlif dizaynda geyimlər, aksessuarlar yaradırlar.

“12 il ərzində evdə sifariş qəbul edirdim və işləyirdim. Bayıra çıxmağı və məkanı dəyişməyi çox istəyirdim. Layihə baş tutdu və “CARE Caucasus” bizə maliyyə verdi. İki tikiş maşını və bir elektron kəsici aldıq. Demək olar ki, 4000 larilik inventar aldıq, özüm heç vaxt bunu ala bilməzdim”, – Eka Qaqnidze bildirir.

Dərzi qadınları məqsədi indi dərzixanaya bir neçə texnika əlavə etmək, öz veb-səhifələrini yaratmaq və başqa qadınların gücləndirilməsi üzərində işləməkdir.

“CARE Caucasus” Kvemo Kartli və Kaxetidə gender bərabərliyinə dəstək və gender zorakılığının azaldılması istiqamətində fəaliyyət göstərir. Layihənin direktoru Nino Karanadzenin sözlərinə görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə qadınların gücləndirilməsinə yönəlib.

“Layihə Kaxeti və Kvemo Kartli bölgələrində həyata keçirilir, vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləyir, qadınların iqtisadi səlahiyyətlərinin artırılması istiqamətində iş aparacaq. Bərabərlik əldə etmək üçün qadınların resurslara və imkanlara əlçatanlığı mühümdür ki, maneələri aşsınlar, maddi müstəqillik əldə etsinlər. Bacarıqları inkişaf etdirmək, sahibkarlara dəstək göstərmək və maddi resursların əlçatanlığını təmin etməklə biz daha çox ədalətli və bərabər cəmiyyət qurmağa çalışacağıq, bu cəmiyyətdə bütün adamlar inkişaf edə biləcəklər”, – Nino Karanadze bildirib.

Gender bərabərliyi üzrə ekspert Moreta Boboxidze qadınların iqtisadi inkişafının vacib olduğunu təsdiqləyir və deyir ki, dövlət qadınların gücləndirilməsinin qayğısına qalmalıdır. Yerli bələdiyyələr bu prosesdə fəal iştirak etməlidirlər.

“Qadınların iqtisadi gücü olmadan gender bərabərliyinə nail olmaq mümkün deyil. Bu birbaşa bərabərlik, bərabərhüquqluluq və təbii ki, ölkədə qadın hüquqlarının yaxşılaşdırılması ilə bağlıdır. Biz bu istiqamətdə çox geridəyik”, – Moreta Boboxidze bildirir.

Ekspertin sözlərinə görə, bələdiyyə büdcələrinin gender sahəsinin qiymətləndirilməsinə görə, qadınların iqtisadi gücləndirilməsi üçün birdəfəlik yardım və konkret kiçik tədbirlərdən başqa, demək olar ki, heç bir iş görülmür.

2024-cü ildə Marneulinin büdcəsi təxminən 60 000 000 lari müəyyən edilib. Layihədə qadınların iqtisadi cəhətdən gücləndirilməsi və inkişafı üçün xüsusi olaraq hazırlanmış maddə tapa bilməzsiniz. Bu gender bərabərliyi, qadınların məşğulluğu, təhsilin əlçatanlığı və müstəqilliyin hələ də bələdiyyədə problem olaraq qalması vəziyyətində baş verir. Oxşar problemlərə Kvemo Kartlinin digər bələdiyyələrində də rast gəlinir.

Marneuli yerli özünüidarəsində Gender Bərabərliyi Şurası fəaliyyət göstərir. Baxmayaraq ki, onların son fəaliyyəti sahibsiz itlər üçün damların alınması ilə bağlıdır. Bələdiyyələrdə qadınların gücləndirilməsi üçün əsasən beynəlxalq və yerli təşkilatlar çalışır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər