Aşıq Ziyəddin Keşəli dünyasını dəyişib
Aşıq Ziyəddin Keşəli bu gün, 17 yanvar tarixində uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Məlumata görə, Aşıq Ziyəddin 18 yanvar tarixində doğulduğu Keşəli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, Aşıq Ziyəddin Məhəmməd oğlu Əliyev 1950-ci ildə, sentyabr ayının 20-də Marneuli rayonunun Keşəli kəndində anadan olub. Aşıq Xındı Məmməd və aşıq Kamandardan dərs alıb.

1983-cü
ildən Marneuli mədəniyyət evinin işçisi olub. Dəfələrlə dövlət tərəfindən keçirilən incəsənət festivallarının iştirakçısı olub və dəfələrlə laureat adına layiq görülüb. 1997-ci ildə qırmızı diplomla təltif olunub.

2001-ci ildə “Şərəf” medalına layiq görülüb. 2004-cü ilin may ayında keçirilən Beynəlxalq Aşıq Festivalının iştirakçısı olub, “Qırmızı diplom”la təltif olunub.

Aşıq Ziyəddinin “Ruhani ruha dərmandır”, “Telli sazdır yarım mənim” və “Ustad nəfəsi” kitablarının müəllifidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google