“Era Teatrı” və “Era Film” aktyorluğa marağı olan gənclər üçün
kastinq elan edib.
Maraqlanan və həvəsi olan şəxslər bu kastinqdə iştirak edə
bilər.
“Era Teatrı”nda aktyor və bədii rəhbər müavini Elnur Vəlizadə
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Era Film”
2025-ci ildə həm yerli, həm də beynəlxalq kino festivallarında
iştirak etməyi, bununla yanaşı, bir sıra
maraqlı film layihələrinə
imza atmağı planlaşdırırlar. O, vurğuladı ki, onlar bunun üçün yeni
istedadları kəşf etməyə və kino dünyasına yeni simalar qazandırmağa
hazırlaşırlar.
“Era Teatrı” və “Era Film” olaraq bu layihəni təşkil
etməkdə əsas məqsədimiz aktyorluğa marağı olan gənclərə fürsət
yaratmaqdır. Bu layihədə milli mənsubiyyətindən asılı olmayaraq
18-30 yaş arası hər kəs iştirak edə bilər. Daha öncə də bu tərzdə
layihələrimiz olub. Şəxsən mən özüm “Era Teatrı”nın kurslarında
iştirak etdikdən sonra bu sahədə daha aktiv şəkildə fəaliyyət
göstərməyə başlamışam. Bu günə qədər bir neçə bədii və sənədli
filmə imza atmışıq. Onların arasında yerli müsabiqələrdə qalib
gəlmiş filmlər də var. Kastinq üçün müraciət edən şəxslər arasından
seçilən namizədləri xüsusi şəkildə hazırlayacağıq. Onlar qısa
zamanda özlərini gələcək filmlərimizdə və tamaşalarımızda görə
biləcəklər”, – Elnur Vəlizadə dedi.
Vəlizadə onu da qeyd etdi ki, kastinq fevral ayı üçün nəzərdə
tutulub. Onun sözlərinə görə, maraqlanan şəxslər vaxt itirmədən
onlara müraciət edə bilərlər.
“Əgər aktyorluğa həvəsiniz varsa, özünüzü kamera
qarşısında sınamaq və kino sahəsində ilk təcrübənizi qazanmaq
istəyirsinizsə, fevral ayı üçün nəzərdə tutulan kastinqimizə
qeydiyyat başladı! Bu, sizin kino dünyasına daxil olmağınız üçün
əvəzolunmaz fürsətdir! Gələcək layihələrimizdə iştirak etmək və
ekranlarda yer almaq istəyirsinizsə, kastinqdə öz istedadınızı
göstərin! Qeyd edim ki, kastinqə gələn iştirakçılar özlərini təqdim
etməyə və kiçik bir səhnəcik sərgiləməyə hazır olmalıdırlar.
Əvvəlcədən qeydiyyat üçün bizimlə əlaqə
saxlayın”.
Elnur Vəlizadə onu da bildirdi ki, kastinqdə öz bacarığı ilə
fərqlənən tələbələr “Era Teatrı”nın kino və tamaşalarında yer
alacaqlar.
Kastinq “Era Teatrı”nın ofisində baş tutacaq və ödənişsiz həyata
keçiriləcək. “Era Teatrı”nın ofisi Tbilisi şəhəri, Ağmaşenebeli
22/3 ünvanında yerləşir. Kastinqdə iştirak etmək üçün +995 557 31
35 01 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415