Tbilisidə “Tıq-Tıq Xanım” tamaşasının premyerası keçirilib (FOTO)
2 fevral tarixində Tbilisidə “Tıq-Tıq Xanım” tamaşasının premyerası keçirilib. Tamaşa “BEEZ” Uşaq Teatrı tərəfindən hazırlanıb. Teatrın bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Binəli İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində nümayiş etdirilən tamaşa böyük marağa səbəb olub.

“Tamaşamız hər zaman olduğu kimi çox uğurlu keçdi! Bu
dəfə də iki seans oynadıq və təəssüf ki, biletlərimiz qalmamışdı. Bu hal bizi qürurlandırır, çünki insanların teatra olan sevgisini, evdən sevinc və həyəcanla çıxıb teatra gəlmələrini görmək bizim üçün ən böyük mükafatdır. Xüsusilə dəyərli müəllimlərimizə təşəkkürümü bildirirəm – məhz onlar şagirdlərini teatra gətirərək onların qəlbində teatr sevgisini yaşadır, yeni nəsli sənətə yaxınlaşdırırlar”,
– Binəli İslamoğlu dedi.

Binəli İslamoğlu onu da bildirdi ki, tamaşanın yaxın vaxtlarda Qardabani və Marneulidə də nümayiş etdiriləcək.

Rollarda teatrın balaca aktyorları – Rəhimə Əliyeva, Səma Ləzgiyeva, Nuri Qurbanov, Seymur Muradov, İslam Akif, Nuray Əhmədova, Rabia Əhmədova, Zəhra Akif, Əzəm Əfəndiyeva, Milana Əliyeva, Məryəm Əliyeva, Gövhər Nəsibova, Əli Bayramov oynayacaqlar.

Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.

Qeyd edək ki, “Tıq-Tıq Xanım” tamaşası Azərbaycan yazıçısı Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Tıq-Tıq Xanım” pyesi əsasında hazırlanıb. “BEEZ” Uşaq Teatrı bundan əvvəl də Abdulla Şaiqin əsərlərinə müraciət etmişdir. O zaman “Çoban” tamaşası səhnələşdirmişdi.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google