Marneulidə “Tıq-Tıq Xanım” tamaşası nümayiş etdiriləcək
Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrı qastrol səfəri çərçivəsində Marneulidə “Tıq-Tıq Xanım” tamaşasını təqdim edəcək. Tamaşa 16 may tarixində saat 16:30-da Marneuli Mədəniyyət Mərkəzində nümayiş olunacaq.

Teatrın bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Binəli İslamoğlu “Marneuli” radiosuna açıqlamasında bildirib ki, regionlara səfərlər üçün maddi dəstək olmadan fəaliyyət göstərmək çətindir:

“Tıq-Tıq Xanım” tamaşamızla Tbilisi və Qardabanidə uğurlu çıxışlarımızdan sonra
növbəti dayanacağımız Marneulidir. Ardınca isə Bolnisiyə səfər planlaşdırırıq. Çünki bölgələrdən, xüsusilə müəllimlərdən teatra böyük maraq və dəvətlər gəlir. Ən çox verilən sual budur: “Bizim bölgəyə nə vaxt gələcəksiniz?” Təbii ki, bu işlərin daha geniş və sürətli şəkildə həyata keçməsi üçün müəyyən dəstəyə ehtiyac var. Hazırda yalnız satılan biletlərdən əldə olunan gəlirlə marşrut və digər xərcləri qarşılaya bilirik”,
– deyə o qeyd edib.

İslamoğlu
əlavə edib ki, tamaşa ilə maraqlananlar +995 550 50 30 47 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Rollarda teatrın balaca aktyorları – Rəhimə Əliyeva, Səma Ləzgiyeva, Nuri Qurbanov, Seymur Muradov, İslam Akif, Nuray Əhmədova, Rabia Əhmədova, Zəhra Akif, Əzəm Əfəndiyeva, Milana Əliyeva, Məryəm Əliyeva, Gövhər Nəsibova və Əli Bayramov çıxış edəcəklər.

Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.

Qeyd edək ki, “Tıq-Tıq Xanım” tamaşası Azərbaycan yazıçısı Abdulla Şaiqin uşaqlar üçün yazdığı eyniadlı pyes əsasında hazırlanıb. “BEEZ” Uşaq Teatrı bundan əvvəl də Abdulla Şaiqin yaradıcılığına müraciət edərək “Çoban” əsərini səhnələşdirmişdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google