Qalina Mçedlişvili və Darecan Okruaşvili: Biznesdə qadınların qələbəsi
13:51 / 27.03.2025
Motivasiya, yeni imkanlar və özünə inam Bolnisi sakini Qalina
Mçedlişiliyə biznes qurmaq ideyasını verib.
Beləliklə, öz biznesinə başlamazdan əvvəl başqasının salonunda
işləyən, tək iki uşaq anası üçün müstəqillik mübarizəsi başlayıb.
Qalinanın indi Bolnisinin mərkəzində öz estetik mərkəzi var.
Lazer aparatını Avropa İttifaqının dəstəklədiyi “Təhlükəsiz və
Bərabər Cəmiyyət Naminə” layihəsi çərçivəsində “Care Caucasus”
şirkətinin maliyyəsi ilə alıb.
O, deyir ki, bu dəstək olmasaydı, öz
vəsaiti ilə estetik mərkəzi aça bilməzdi. Bu, onun uşaqları ilə
yenidən həyata başlamaq məcburiyyətində qalması vəziyyətində baş
verib və maddi müstəqillik onun xilas olması üçün çıxış yollarından
biri idi.
“Öz lazer aparatım olmamışdan əvvəl başqa salonda işçi
olaraq lazer- terapevti işləyirdim. “CARE”-ın layihəsində iştirak
etməkdə bəxtim gətirdi və qrant olaraq lazer aparatı aldılar. Bu
biznesə başlamaq mənim üçün çox vacib idi, çünki 2 uşağımla həyata
sıfırdan başlayırdım. Heç ağlıma da gətirməzdim ki, öz salonum
olardı. Maddi tərəf çox mühümdür. Hələ ki, valideyn olduqda özündən
başqa heç kimdən asılı olmamağın böyük əhəmiyyət daşıyır. Layihədə
iştirak etdiyimə, seçiləcəyimə inanmırdım. Mənə zəng vurdular, bu
mənim üçün şok idi. Mən bütün qadınlara iştirak etməyi, xəyal
qurmağı tövsiyə edirəm, belə hər şey alınacaq. Mən indi də
inanmıram ki, bunlar mənim başıma gəlib”, – Qalina
Mçedlişvili bildirir.
Qalina deyir ki, həyatının bu yeni mərhələsində təslim olmağa haqqı
yoxdur. Bir çox çətinliklərə baxmayaraq, o, özü ilə mübarizə aparıb
və özünün digər qadınlara nümunə ola biləcəyinə inanır. Lazer
terapevtinin gələcək planları qadınların səlahiyyətlərinin
artırılması ilə bağlıdır. O, öz estetik mərkəzinin genişlənməsini
və çoxlu qadınların işlə təmin olunmasını istəyir.
“Bu, böyük sevinc idi, çünki uşaqlarım və şəxsən mənim
üçün yenidən başlamaq çox vacib idi. Ətrafımdakı cəmiyyət üçün
gözlənilməz və sevindirici bir xəbər idi. Bu sahə mənə tanışdır,
amma çətinlik o idi ki, bütün bunların mənim başıma gəldiyinə
inanmaq üçün bir az vaxt lazım oldu. İş yeri yaratmağa gəlincə,
indiki mərhələdə tək işləyirəm, çünki salonu yeni açmışam.
Ətrafımda o qədər tək uşaq böyüdən analar var ki, layihədə böyük
məmnuniyyətlə iştirak edərdilər. Ümid edirəm ki, işimi
genişləndirmək, başqa qadınları da işə götürmək imkanım
olacaq”, – Qalina bildirir.
Qalina Mçedlişili kimi Bolnisi sakini Darecan Okruaşvili də
çoxdankı arzusunu həyata keçirə bilib. Fotoqrafiyaya həvəsi olan
Darecan “Kea Qafqaz”ın maliyyə dəstəyi ilə “Daci Studio”-nu açıb.
Fotoqraf işıqlandırma avadanlığı, dron və studiya ləvazimatları
alıb. Daçi Okruaşvili Bolnisi Bələdiyyə Məclisinə işləyir, böyük
təcrübəyə malikdir, ixtisasca jurnalistdir və fotoqraflıqla
məşğuldur. O, bir neçə il əvvəl fotoqrafiya studiyası açmağa
çalışsa da, Covid pandemiyasının yaratdığı böhran səbəbindən
avadanlıqlarını satmaq məcburiyyətində qalıb. Yenidən başlamaq
Darecan üçün asan olmayıb, lakin ailəsinin dəstəyi ona əhəmiyyətli
dərəcədə təsir göstərib.
“Mənim arzum öz studiyamın olması idi. Layihə yazmaq
barədə çox düşünürdüm. İndiyə kimi bəxtim gətirməyib, indi niyə
gətirsin deyirdim. Bir gün köhnə şəkillərə baxırdım, orada anamın
şəkli də var. Anam mənim üçün çox mühüm insan, dost və motivasiya
verən şəxs idi. Onun sözlərini xatırladım – “Heç vaxt qorxma, çünki
güclüsən, istəsən qayaları da sındırarsan”. Anam daim həyatda da
işdə də mənə motivasiya verərdi. 15 ildən artıqdır ki,
fotoqraflıqla məşğulam. İlk dəfə layihə yazanda çox düşünürsən.
İstəyirsən ki, alınsın. “Care Caucasus” mənim həyatıma açılan böyük
pəncərə idi. İki övladım var və hər ikisi bu qərarı yaxşı
qarşıladı. Çünki mənim fotoqrafiyaya olan münasibətimi, kameraya
olan sevgimi bilirlər. Hər ikisi bilirdi ki, istədiyimi edəcəyəm və
keyfiyyət də olacaq. Layihədə rəqabət böyü idi. Peşəkarlıqla təmsil
olunan, qadınların inkişafına, gücləndirilməsinə aid olan
layihələri seçməli idilər”, – Darecan bildirir.
Darecan Okrouaşvili deyir ki, o, mübariz xarakteri sayəsində
məqsədinə nail olub. Çünki imtina etmək düzgün seçim deyil.
Xüsusilə qadınlara qarşı çoxlu stereotiplərin və maneələrin mövcud
olduğu bir reallıqda inkişaf, iqtisadi səlahiyyətlərin artırılması
böyük əhəmiyyət kəsb edir.
“Studiyam şəhərimə, həyatıma yeni həyat gətirdi. İnsanları
sevindirirəm, onlara gözəl kadrlarla sevinc bəxş edirəm. Bu gün mən
artıq güclü qadınam, sabah isə 10-20 qadının yanında olacağam. Ən
vacib zəncir odur ki, “Care Caucasus” güclü qadınları bir halqaya
çevirir. Qadın güclü olarsa cəmiyyət və ölkə üçün faydalı övladlar
yetişdirəcək. Qızlar mənə inanın ki, siz gücsünüz, ümidsiniz və
başqaları da sizə baxır. Özünüzü sevin və dik duraraq deyin – məndə
hər şey alınacaq”.
Fotoqrafın gələcək planı studiyada gəncləri və fiziki
imkanları məhdud şəxsləri işlə təmin etməkdir.
“Ehtiyac yarandıqca, tezliklə müxtəlif xidmətləri də
əlavə edəcəyəm. Bir neçə nəfəri işlə təmin edəcəyəm. Hazırda
övladım mənimlə işləyir. Mənim kifayət qədər ciddi planım var,
gəncləri, fiziki imkanları məhdud olan şəxsləri işlə təmin
edəcəyəm”, – Darecan bildirir.
Qalina Mçedlişvili və Darecan Okruaşvilinin nümunələri göstərir ki,
Gürcüstanda aparılan çoxsaylı araşdırmalar qadınların iqtisadi
fəallığının səviyyəsinin (41,5 faiz) kişilərin iqtisadi fəallığının
səviyyəsindən (64 faiz) xeyli geri qaldığını göstərir. Bunu nəzərə
alsaq, qadınların iqtisadi imkanlarının genişləndirilməsi böyük
əhəmiyyət kəsb edir.
2023-cü ildə BMT-nin Qadın Təşkilatı tərəfindən hazırlanan Gender
Bərabərliyi Portfoliosuna əsasən, Gürcüstanda kişilərə məxsus
biznes hissələri qadınların biznes hissələrindən iki dəfə
çoxdur.