Sabir küçəsində əhali yol və su boruları probleminə görə narazılıq edir
Marneulidə Mirzə ələkbər Sabir küçəsində əhali yol və su boruları probleminə görə narazıdır. Onlar bildirirlər ki, 1970-ci ildə çəkilmiş su boruları təzyiqə dözmür və tez-tez xarab olur. Bərpa işləri zamanı isə yolun asflat qatı xarab olur. Onların sözlərinə görə, yağış və palçıq olanda yolda hərəkət etmək faktiki olaraq mümkün olmur.

Öz şəxsi avtomobili olanlar deyirlər ki, yolun pis vəziyyətinə görə avtomobil də tez-tez xarab olur.

Əhalinin problemləri ilə bağlı Marneuli Radiosu müvafiq xidmətlə əlaqə saxladı. Gürcüstan Birləşmiş su təchizatı kompaniyasının Marneuli servis mərkəzinin meneceri bizimlə söhbət zamanı dedi ki, su borularını dəyişmək ümumiyyətlə Marneulidə hələ heç yerdə olmayıb, ona görə də gələcəkdə planlaşdırılır.

Həmin xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirirlər ki, layihədə dəyişikliklər gedir, ilk növbədə yalnız Marneulidə boruların dəyişdirilməsi və çəkilməsi planlaşdırılırmış, ancaq bir neçə kənd də su boruları ilə təmin olunacaq. Layihəni həyata keçirmək üçün tender isə güman ki,ilin ikinci kvartalında elan olunacaq.

Yolun bərpa işlərinə gəldikdə isə Marneuli meriyasından bildirirlər ki, əhali oxşar problemlər onlara müraciət etməyib və bu ilin büdcəsində Sabir küçəsində yolun bərpa işləri nəzərdə tutulmayıb.

"Marneuli" Radiosu
Print Email
FaceBook Twitter Google