“Merimizi bizə qaytarın” – Temur Abazovun tərəftarları məhkəmənin qarşısında
“Merimizi bizə qaytarın, Temur Abazova azadlıq” – Temur Abazovun tərəfdarları bu şüarla Rustavi Şəhər Məhkəməsinin ətrafına toplaşıblar.
Bu barədə məlumatı tv4.ge yayıb.

Bu gün, 26 iyul tarixində saat 15:00-da Rustavi şəhər məhkəməsində Temur Abazovun girov qarşılığında azadlığa buraxılması məsələsi ilə bağlı yenidən iclas keçiriləcək.

Prokurorluq Abazova qarşı cinayət işi ilə bağlı ilkin məhkəmə iclasının vaxtının uzadılmasını tələb edib. Məhkəmə iclası 6 avqust tarixində keçirilməli idi, lakin məhkəmə prokurorluğun tələbini qismən təmin edib. Buna görə, Abazovun məhkəmə iclası 6 sentyabr tarixində keçiriləcək.

Marneulinin keçmiş merinin vəkili Qaqi Mosiaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bugünkü məhkəmə iclasında hakim həbs qətimkan tədbirini – Abazovun həbsinin davam etməsi və ya girov qarşılığında azadlığa buraxılmasını müzakirə edəcək. Vəkillər məhkəməyə girov qismində 40 000 lari təklif edəcəklər.

Xatırladırıq ki, Temur Abazov Marneuli sakininə qarşı qeyri-insani və alçaldıcı rəftar faktı ilə 13 iyun tarixində saxlanılıb, 14 iyun tarixində isə məhkəmə onun üçün həbs qətimkan tədbiri seçib.



"Marneuli" radiosu
Print Email
FaceBook Twitter Google