“Merimizi bizə qaytarın, Temur Abazova azadlıq” – Temur Abazovun
tərəfdarları bu şüarla Rustavi Şəhər Məhkəməsinin ətrafına
toplaşıblar.
Bu barədə məlumatı tv4.ge yayıb.
Bu gün, 26 iyul tarixində saat 15:00-da Rustavi şəhər məhkəməsində
Temur Abazovun girov qarşılığında azadlığa buraxılması məsələsi ilə
bağlı yenidən iclas keçiriləcək.
Prokurorluq Abazova qarşı cinayət işi ilə bağlı ilkin məhkəmə
iclasının vaxtının uzadılmasını tələb edib. Məhkəmə iclası 6 avqust
tarixində keçirilməli idi, lakin məhkəmə prokurorluğun tələbini
qismən təmin edib. Buna görə, Abazovun məhkəmə iclası 6 sentyabr
tarixində keçiriləcək.
Marneulinin keçmiş merinin vəkili Qaqi Mosiaşvili “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, bugünkü məhkəmə iclasında
hakim həbs qətimkan tədbirini – Abazovun həbsinin davam etməsi və
ya girov qarşılığında azadlığa buraxılmasını müzakirə edəcək.
Vəkillər məhkəməyə girov qismində 40 000 lari təklif edəcəklər.
Xatırladırıq ki, Temur Abazov Marneuli sakininə qarşı qeyri-insani
və alçaldıcı rəftar faktı ilə 13 iyun tarixində saxlanılıb, 14 iyun
tarixində isə məhkəmə onun üçün həbs qətimkan tədbiri seçib.
"Marneuli" radiosu