"One Caucasus" festivalı üçün hazırlıqlar başlayıb
“One Caucasus”- festivalına hazırlıq başlayıb. Festival hər il Marneuli bələdiyyəsinin Tserakvi kəndi ilə assosiasiya olunur. Bu il festiva Bolnisi bələdiyyəsinin Poladauri kəndinə keçib və yay düşərgəsinin ətraf ərazisində baş tutub. İndi burada xalq çoxluğu var, könüllülər, maraqlanan şəxslər çalışırlar ki, 1 sentyabrda iştirakçıları qane edəcək mühit yaratsınlar. Bu il festivalda 12 qrup iştirak edəcək, onlar musiqi miksi və maraqlı kompozisiyalar yaradacaqlar.



Festivalın PR koordintoru Aqneşka Kaçmarak deyir ki, bu il festivalda qonaqlara bir çox maraqlı səhnələr və musiqili kompozisiyalar təklif edəcəklər. Buna məkan da imkan yaradır.

“İlk növbədə məkaan möhtəşəmdir. Poladauri unikal yerdir və burada yay düşərgəsi var. Ətraf yaşıllıqdır, təmiz hava var, çox yaxşı görüntülərdir və biz xoşbəxtik. Məkan bizə çalışmağa da imkan verir. Burada çoxlu uşaqlar var. Onlar festivalla marqlanırlar və hər gün işlərdə eləcə də vorkşopların hazırlanmasında bizə kömək edirlər. İndi hazırlıq gedir. Burada 30 ölkədən könüllü var. Müxtəlif ölkələrdən gəliblər, məsələn, Fransa, Ukrayna, Azərbaycan, Ermənistan, Polşa, Rusiyadan. Mənim böyük ümidim var ki, iştirakçılar yaxşı vaxt keçirəcəklər” – deyir Aqneşka Kaçmak.





Festivalda iştirak etmək üçün müğənni Pako Sar artıq gəlib. O, deyir ki, onun üçün “One Caucasus” festivalı həmişə Tserakvi ilə assosiasiya olunurdu. Doğrudur indi məkan dəyişib ancaq Poladaurini də bəyənir. Ümid edir ki, iştirakçılar xoş vaxt keçirəcəklər.

“Bu il tam fərqli musiqimiz olacaq. Elektron musiqi miksləri, rok, eləcə də Gürcüstandan ənənəvi folklor qrupları olacaq. Buraya müxtəlif ölkələrdən də uğurlu və tanınmış qruplar gələcəklər” – deyir Pako Sar.



Yay düşərgəsinin iştirakçısı Keti Mxetsadze deyir ki, onun üçün müxtəlif mədəniyyətlərlə tanış olmaq və insanlarla ünsiyyət qurmaq vacib təcrübədir.

“Ən çox xoşuma gələn komanda olaraq çalışmaqdır. Lider səninlə dost kimi hərəkət edir əsas olan budur. Çox əyləncə var. Düşərgə də var ən çox ona görə gəlmişəm” – deyə Keti Mxetsadze bildirdi.





Azərbaycan Respublikasından ilk dəfə “Vahid Qafqaz” festivalına könüllü olaraq qatılan Kamran Əliyev özünü xoşbəxt hiss edir. Deyir ki, festivala qatılaraq özünə yeni dostlar tapıb.

“İsteyirəm ki, festival boyunca hər il iştirak edim. Çox gözəl təsürat bağışladı mənə bu festival və gəlməzdən əvvəl dostlarımı da dəvət etmişdim. Dostumun ikisi indi yoldadır gəlirlər. Sonra ki, illərdə də hər kəsi dəvət edəcəm bu gözəl festivala” – deyə Kamran Əliyev bildirdi.



“Vahid Qafqaz” festivalında artıq üçüncü ildir ki, iştirak edən Ayaz Kərimov əslən Azərbaycandandır. Təhsil aldığı üçün Türkiyəyə köçərək orada yaşayır. O, deyir ki, “Vahid Qafqaz” festivalına ilk dəfə qatılanda onun tək şansı musiqiçilərlə işləmək olub.

“İlk dəfə 2016-cı ildə iştirak etmişdim və bu 3-cü dəfəmdir. İlk dəfə gələndə qısa müddətli gəlmişdim 7 günlük. Onda ancaq musiqiçilərlə işləmək şansım varıydı. 2-ci dəfə gələndə daha çox təcrübəliydim və daha uzun müddətliydi, fərqli komandaylaydıq. Hər dəfə gələndə fərqli təcrübələrlə qarşılaşırıq” -deyə Ayaz Kərimov bildirdi.





One Caucasus festivalı Marneulidə Tserakvi kəndində dörd il ərzində keçirilib. Hər il bir neçə həftə ərzində yerli və xarici könüllülər festival üçün şəhərcik qururdular ki, Marneuli sakinləri və Cənubi Qafqazda yaşayan xalqların dörd gün birgə vaxt keçirmək, musiqi dinləmək, ailələri ilə birgə dincəmək və qonşuların mədəniyyəti ilə tanış olmaq üçün yerləri olsun.

“Vahid Qafqaz” festivalı Bolnisi bələdiyyəsinin Poladauri kəndində 1-2 sentyabrda baş tutacaq. Festivalda iştirak etmək üçün marşrut taksilər Marneulidən, Bolnisidən və Tbilisidən maraqlanan şəxslərə xidmət göstərəcklər.

“One Caucasus”- festivalına hazırlıq başlayıb. Festival hər il Marneuli bələdiyyəsinin Tserakvi kəndi ilə assosiasiya olunur. Bu il festiva Bolnisi bələdiyyəsinin Poladauri kəndinə keçib və yay düşərgəsinin ətraf ərazisində baş tutub. İndi burada xalq çoxluğu var, könüllülər, maraqlanan şəxslər çalışırlar ki, 1 sentyabrda iştirakçıları qane edəcək mühit yaratsınlar. Bu il festivalda 12 qrup iştirak edəcək, onlar musiqi miksi və maraqlı kompozisiyalar yaradacaqlar.

Print Email
FaceBook Twitter Google