“One Caucasus”- festivalına hazırlıq başlayıb. Festival hər il
Marneuli bələdiyyəsinin Tserakvi kəndi ilə assosiasiya olunur. Bu
il festiva Bolnisi bələdiyyəsinin Poladauri kəndinə keçib və yay
düşərgəsinin ətraf ərazisində baş tutub.
İndi burada xalq çoxluğu var, könüllülər, maraqlanan şəxslər
çalışırlar ki, 1 sentyabrda iştirakçıları qane edəcək mühit
yaratsınlar. Bu il festivalda 12 qrup iştirak edəcək, onlar musiqi
miksi və maraqlı kompozisiyalar yaradacaqlar.
Festivalın PR koordintoru Aqneşka Kaçmarak deyir ki, bu il
festivalda qonaqlara bir çox maraqlı səhnələr və musiqili
kompozisiyalar təklif edəcəklər. Buna məkan da imkan yaradır.
“İlk növbədə məkaan möhtəşəmdir. Poladauri unikal
yerdir və burada yay düşərgəsi var. Ətraf yaşıllıqdır, təmiz hava
var, çox yaxşı görüntülərdir və biz xoşbəxtik. Məkan bizə çalışmağa
da imkan verir. Burada çoxlu uşaqlar var. Onlar festivalla
marqlanırlar və hər gün işlərdə eləcə də vorkşopların
hazırlanmasında bizə kömək edirlər. İndi hazırlıq gedir. Burada 30
ölkədən könüllü var. Müxtəlif ölkələrdən gəliblər, məsələn, Fransa,
Ukrayna, Azərbaycan, Ermənistan, Polşa, Rusiyadan. Mənim böyük
ümidim var ki, iştirakçılar yaxşı vaxt keçirəcəklər”
– deyir Aqneşka Kaçmak.
Festivalda iştirak etmək üçün müğənni Pako Sar artıq gəlib. O,
deyir ki, onun üçün “One Caucasus” festivalı həmişə Tserakvi ilə
assosiasiya olunurdu. Doğrudur indi məkan dəyişib ancaq Poladaurini
də bəyənir. Ümid edir ki, iştirakçılar xoş vaxt keçirəcəklər.
“Bu il tam fərqli musiqimiz olacaq. Elektron musiqi
miksləri, rok, eləcə də Gürcüstandan ənənəvi folklor qrupları
olacaq. Buraya müxtəlif ölkələrdən də uğurlu və tanınmış qruplar
gələcəklər” – deyir Pako Sar.
Yay düşərgəsinin iştirakçısı Keti Mxetsadze deyir ki, onun üçün
müxtəlif mədəniyyətlərlə tanış olmaq və insanlarla ünsiyyət qurmaq
vacib təcrübədir.
“Ən çox xoşuma gələn komanda olaraq çalışmaqdır. Lider
səninlə dost kimi hərəkət edir əsas olan budur. Çox əyləncə var.
Düşərgə də var ən çox ona görə gəlmişəm” – deyə Keti
Mxetsadze bildirdi.
Azərbaycan Respublikasından ilk dəfə “Vahid Qafqaz” festivalına
könüllü olaraq qatılan Kamran Əliyev özünü xoşbəxt hiss edir. Deyir
ki, festivala qatılaraq özünə yeni dostlar tapıb.
“İsteyirəm ki, festival boyunca hər il iştirak edim.
Çox gözəl təsürat bağışladı mənə bu festival və gəlməzdən əvvəl
dostlarımı da dəvət etmişdim. Dostumun ikisi indi yoldadır
gəlirlər. Sonra ki, illərdə də hər kəsi dəvət edəcəm bu gözəl
festivala” – deyə Kamran Əliyev bildirdi.
“Vahid Qafqaz” festivalında artıq üçüncü ildir ki, iştirak edən
Ayaz Kərimov əslən Azərbaycandandır. Təhsil aldığı üçün Türkiyəyə
köçərək orada yaşayır. O, deyir ki, “Vahid Qafqaz” festivalına ilk
dəfə qatılanda onun tək şansı musiqiçilərlə işləmək olub.
“İlk dəfə 2016-cı ildə iştirak etmişdim və bu 3-cü
dəfəmdir. İlk dəfə gələndə qısa müddətli gəlmişdim 7 günlük. Onda
ancaq musiqiçilərlə işləmək şansım varıydı. 2-ci dəfə gələndə daha
çox təcrübəliydim və daha uzun müddətliydi, fərqli komandaylaydıq.
Hər dəfə gələndə fərqli təcrübələrlə qarşılaşırıq”
-deyə Ayaz Kərimov bildirdi.
One Caucasus festivalı Marneulidə Tserakvi kəndində dörd il ərzində
keçirilib. Hər il bir neçə həftə ərzində yerli və xarici könüllülər
festival üçün şəhərcik qururdular ki, Marneuli sakinləri və Cənubi
Qafqazda yaşayan xalqların dörd gün birgə vaxt keçirmək, musiqi
dinləmək, ailələri ilə birgə dincəmək və qonşuların mədəniyyəti ilə
tanış olmaq üçün yerləri olsun.
“Vahid Qafqaz” festivalı Bolnisi bələdiyyəsinin Poladauri kəndində
1-2 sentyabrda baş tutacaq. Festivalda iştirak etmək üçün marşrut
taksilər Marneulidən, Bolnisidən və Tbilisidən maraqlanan şəxslərə
xidmət göstərəcklər.
“One Caucasus”- festivalına hazırlıq başlayıb.
Festival hər il Marneuli bələdiyyəsinin Tserakvi kəndi ilə
assosiasiya olunur. Bu il festiva Bolnisi bələdiyyəsinin Poladauri
kəndinə keçib və yay düşərgəsinin ətraf ərazisində baş tutub. İndi
burada xalq çoxluğu var, könüllülər, maraqlanan şəxslər çalışırlar
ki, 1 sentyabrda iştirakçıları qane edəcək mühit yaratsınlar. Bu il
festivalda 12 qrup iştirak edəcək, onlar musiqi miksi və maraqlı
kompozisiyalar yaradacaqlar.