"Avtopark köhnəlib, amortizasiya olunub və yenilənməlidir ki, bunun üzərində də çalışırıq" - Zaur Tabatadze

Kvemo Kartli qubernatoru və Marneuli bələdiyyəsi merinin səlahiyyətlərini yerinə yetirən Zaur Tabatadze Tsereteli kənd sakinləri ilə görüşü zamanı fərdi və bələdiyyə nəqliyyatları barədə sakinlər tərəfindən verilmiş suallara cavab veriblər.


Marneuli-Tsereteli-Saimerlo xətti üzrə iki növ nəqliyyat hərəkət edir – fərdi (bir nömrəli) və bələdiyyə (sarı avtobus) nəqliyyatları. Vətəndaş “Marneuli” radiosunun facebook səhifəsindəki canlı yayım vasitəsilə dövlət nümayəndələrinə bu nəqliyyatların çatışmazlıqları və qrafiklərinin tənzimlənməsi barədə sual ünvanlayıb.

Qubernator Şota Rexviaşvili nəqliyyat problemi ilə bağlı ümumi danışıb və deyib ki, hər yerdə bələdiyyə nəqliyyatlarının yenilənməsinə ehtiyac var və əgər Marneulidə də bələdiyyə nəqliyyatının yenilənməsinə ehtiyac varsa, bu bir dəfəyə yox, yalnız mərhələli şəkildə yenilənməlidir.

“Fərdi nəqliyyatlara gəlincə isə, burada da bəzi standartlar qorunmalıdır və bu ilk növbədə sakinlərin rahat və təhlükəsiz şəraitdə daşınmasına yönəlməlidir”, - Şota Rexviaşvili deyib.

Kvemo Kartli qubernatoru onu da bildirib ki, bu məsələ ilə bağlı bölgə səviyyəsində ayrıca söhbət aparılacaq və avtoparkın yenilənməsi məsələsi başqa şəkildə planlaşdırlacaq.

Zaur Tabatadze isə bildirdi ki, keçən il bələdiyyə üç ədəd yeni avtobus alıb ki, bunlar da Marneuli şəhərində hərəkət edir. Ondan qabaqkı il isə dağlıq bölgələr üçün iki avtobus alınıb.

“Digər avtoparklar isə köhnəlib, amortizasiya olunub və yenilənməlidir ki, bunun üzərində də çalışırıq. Bunu bir dəfəyə edə bilmərik, büdcə buna imkan vermir, buna görə də köhnələrin əvəzlənməsi mərhələli şəkildə həyata keçiriləcək”, - Zaur Tabatadze Tseretelidə görüş zamanı bildirib.

Qeyd olunmalıdır ki, Marneuli merinin səlahiyyətlərinin icraçısı fərdi nəqliyyatlarla bağlı heç nə deməyib.

 

Print Email
FaceBook Twitter Google