2018-ci ilin ilk 6 ayı ərzində 10 373 evlilik, 5 075 boşanma
halı qeydə alınıb. Bu barədə “İnterpresnyus”a Gürcüstan Milli
Statistika Xidmətindən məlumat veriblər.
Milli Statistika Xidmətinin məlumatına görə, evlilik və boşanmanın
ən yüksək göstəricisi paytaxtdadır.
Bu ilin yanvar-iyun aylarında Tbilisidə 2930 evlilik, 1912 boşanma
halı qeydə alınıb.
Bölgələrə gəlincə isə evlilik göstəricisinə görə İmereti 1574
evliliklə liderlik edir, ikinci yerdə 1220 evliliklə Kvemo Kartli,
üçüncü isə 1142 evliliklə Acarıstandır.
Milli Statistika Xidmətinin məlumatına görə ən çox boşanma halı
İmeretidə baş verib. Burada 817 boşanma qeydə alınıb. Sonrakı
yerləri isə 506 boşanma halı ilə Kvemo Kartli və 422 boşanma ilə
Sameqrelo-Yuxarı Svaneti tutub.