6 ay ərzində 10 373 evlilik, 5 075 boşanma halı qeydə alınıb, bölgələr üzrə ən yüksək göstərici isə İmeretiyə aiddir

2018-ci ilin ilk 6 ayı ərzində 10 373 evlilik, 5 075 boşanma halı qeydə alınıb. Bu barədə “İnterpresnyus”a Gürcüstan Milli Statistika Xidmətindən məlumat veriblər.


Milli Statistika Xidmətinin məlumatına görə, evlilik və boşanmanın ən yüksək göstəricisi paytaxtdadır.

Bu ilin yanvar-iyun aylarında Tbilisidə 2930 evlilik, 1912 boşanma halı qeydə alınıb.
Bölgələrə gəlincə isə evlilik göstəricisinə görə İmereti 1574 evliliklə liderlik edir, ikinci yerdə 1220 evliliklə Kvemo Kartli, üçüncü isə 1142 evliliklə Acarıstandır.

Milli Statistika Xidmətinin məlumatına görə ən çox boşanma halı İmeretidə baş verib. Burada 817 boşanma qeydə alınıb. Sonrakı yerləri isə 506 boşanma halı ilə Kvemo Kartli və 422 boşanma ilə Sameqrelo-Yuxarı Svaneti tutub.

 

Mənbə: İnterPressNews

 

Print