Xeltubani sakinləri magistralı boşaldıblar və Qori meriyasına tərəf istiqamətləniblər
Bir neçə dəqiqə öncə avtomagistralı bağlayan Xeltubani kənd sakinləri aksiyanı Qori meriyası qarşısında davam etdirəcəklər.
6 iyul tarixində 18 yaşlı Tornike Merabişvili ölmüş vəziyyətdə tapılmışdı. Hadisə ilə bağlı əvvəlcə Gürcüstan Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq başlamışdı. Daha sonra isə istintaqın maddəsi dəyişmişdi və nəqliyyat vasitəsinin hərəkəti təhlükəsizliyi və ya istismarı qaydasının insan həyatının itirilməsinə səbəb olan pozulmasını nəzərdə tutan 276-cı maddənin 5-ci hissəsi ilə davam etmişdi.

Dünyasını dəyişmiş gəncin ailəsi hesab edir ki, 18 yaşlı gənci qətlə yetiriblər və onun bədənində mövcud olan zədələr qəza nəticəsində olmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən “Netgazeti”yə verilən məlumata görə, işə Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi də əlavə olunub ki, bu da sağlamlığa qəsdən ağır xəsarət yetirməni nəzərdə tutur. Nazirlikdən bildirirlər ki, ilkin müşahidə nəticəsində mərhumun bədənində nə soyuq silah, nə də odlu silahla yetirilmiş xəsarət müşahitə olunmurdu. Hal-hazırda isə ekspertizanın rəyini gözləyirlər.
Merabişvilinin ailəsi istintaq xidmətinə inanmır. Mərhumun ailəsi hesab edir ki, 18 yaşlı gəncin qatillərini qoruyurlar və baş prokuror və baş nazirlə görüş tələb edirlər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google