Marneuli sakinlərinin marixuananın becərilməsi-satılması haqqında qanun layihəsinə münasibətləri
Marixuananın becərilməsi-satılması qanun layihəsi ilə əlaqədar olaraq Gürcüstan sakinləri və siyasi subyektlər əsasən ikili münasibət göstərirlər.
Sakinlər və siyasətçilərin bir hissəsi hesab edir ki, marixuananın becərilib-satılması Gürcüstan iqtisadiyyatı üçün yaxşı nəticələr verəcək və buna görə də bu təşəbbüsü müsbət dəyərləndirirlər. Yayılmış digər fikrə görə isə, Gürcüstan becərmə-satma prosesini səmərəli şəkildə həyata keçirə bilməyəcək və ölkə daxilində marixuanadan istifadə hiss olunacaq dərəcədə artacaq.

“Marneuli” radiosu marixuananın becərilib-satılmasının qanuniləşdirilməsini nəzərdə tutan yeni qanun layihəsi ilə bağlı Marneuli sakinlərinin nə düşündüyünü müəyyənləşdirməyə çalışdı.



Onu da bildirək ki, NDİ-ın apardığı sorğuya əsasən əhalinin 74% marixuananın qanuniləşməsini dəstəkləmir, 18% dəstəkləyir, 8%-i isə bu haqda bilmir. Tədqiqat işləri 23 iyun-8 iyul dövründə Gürcüstan miqyasında gürcü, erməni və azərbaycan dilli əhali arasında (işğal edilmiş ərazilər istisna olmaqla) 2,409 nəfər arasında aparılıb.

Marixuananın becərilib-satılması məsələsinə Pravoslav və İslam ruhaniləri də etiraz edirlər.

Gürcüstan Katolik Patriarxı marixuananın tibbi məqsədlərlə becərilməsi-satılması qanununun qəbul edilməsinə açıq şəkildə mənfi münasibət bildirib. Qanun layihəsinə Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Ramin İgidov da mənfi dəyərləndirib.

Baş nazir Mamuka Baxtadze 12 sentyabr tarixində hökumət iclasının başlanmasınadək qeyd etmişdi ki, ölkə rəhbərliyi marixuananın istifadəsini tənzimləyəcək qanun layihəsi üzərində işləyir. Marixuananın tibbi məqsədlərlə becərilməsinin qanuniləşdirilməsi də bu qanun layihəsinə daxildir.

"Marneuli" Radiosu
Print