Marneuli bələdiyyəsində 7 ədəd yeni zibil qabı yanıb.
Plastik zibil qablarından 4-ü “Qırmızı Körpü” sərhəd keçid
məntəqəsi ərazisində neytral zonada, 3-ü isə Marneuli şəhərində
yanıb.
“Supta Marneuli”nin (“Təmiz Marneuli”) direktoru Leri Mumladzenin
dediyinə görə hal-hazırda meriya “Qırmızı Körpü”də zibil qablarını
kimin yandırdığını müəyyənləşdirməyə çalışır.
Onun dediyinə görə neytral zonada 4 zibil qabının yanmasında
məsuliyyət daşıyan şəxsi tapmaq daha asan olacaq, çünki ərazidə
video kameralar quraşdırılıb.
Mumladze onu da qeyd etdi ki, Marneulidə yanmış zibil qablarına
görə məsuliyyət daşıyan şəxsləri tapmaq qeyri mümkündür.
“Sufta Marneuli”nin (“Təmiz Marneuli”) direktorunun dediyinə görə,
yanmış zibil qabları tezliklə yeniləri ilə əvəz olunacaq.
Zibil qabları plastik olduğuna görə, Mumladze sakinləri ora siqaret
kötüyü atmamağa çağırıb. Çünki zibil qabları yana bilər.
Gürcüstan Bərk Tullantıların İdarəolunması şirkəti 27 iyun
tarixində Marneuliyə 200 ədəd zibil qabı vermişdi.
Yeni plastik zibil qabları Marneulidən başqa Qori və Axaltsixedə də
yanıb.
რადიო „მარნეული“