Hacıyev millət vəkili olduqdan sonra 11 000 ABŞ dolları dəyərində avtomobil alıb
Ruslan Hacıyev tərəfindən 31 yanvar 2018-ci il tarixində doldurulmuş əmlak bəyannaməsinə görə, onun mülkiyyətində cəmi 3 torpaq sahəsi, bir yaşayış evi və bir yaşayış üçün nəzərdə tutulmamış bina var.
Hacıyevin mülkiyyətində olan torpaq sahələri Marneuli şəhərində və Əzizkənddə yerləşir.
Bəyannamədən aydın olur ki, Hacıyev Marneuli şəhəri Jordaniya küçəsində yerləşən və sahəsi 107 kv.m. olan yaşayış evini 2018-ci ildə pulsuz əldə edib.

Xəlilov küçəsində yerləşən və sahəsi 1 500 kv.m. olan yaşayış üçün nəzərdə tutulmamış binanı isə Hacıyev 2002-ci ildə 200 lariyə əldə edib.

Hacıyevin mülkiyyətinə 2008-ci ildə Marneuli şəhəri, Jordaniya küçəsində 10 000 lariyə aldığı 445 kv.m. torpaq sahəsi və 2007-ci ildə Əzizkənddə ümumi sahəsi 57 000 kv.m. olan iki torpaq sahəsi var ki, bunun üçün də 1 767 lari ödəyib.

Marneulili deputatın daşınar əmlakına isə 2016-cı ildə 11 000 dollara aldığı Lexus GX470 markalı minik maşını daxildir. Hacıyevin ötən il doldurduğu bəyannamədə isə daşınar əmlak kimi 1999-cu il istehsalı olan BMW markalı maşın göstərilmişdi. 1999-cu il istehsalı olan BMW üçün bazar qiyməti isə 2000-də 3000 dollara kimidir.

Bəyannamədən aydın olur ki, onun “Liberty Bank”da 3673,06 lari, nəğd olaraq isə 20 000 dollar pul vəsaiti var.

Ruslan Hacıyev 2016-cı il Parlament seçkiləri nəticəsində deputat seçilib. O, namizədliyini Marneuli majoritar dairəsindən irəli sürmüşdü.

Print Email
FaceBook Twitter Google