Gürcüstan əhalisinin 55,2%-i hesab edir ki, Gürcüstanda onların daha vacib hesab etdiyi problemi həll edəcək partiya yoxdur
Bu gün, 3 aprel tarixində yayımlanan sorğunun nəticələrinə əsasən, Gürcüstan əhalisinin 55,2%-i hesab edir ki, Gürcüstanda onların daha vacib hesab etdiyi problemi həll edəcək partiya yoxdur.

Araşdırma Qafqaz Araşdırmalar Mərkəzi (CRRC) tərəfindən, Açıq Cəmiyyət Gürcüstan Fondu və Beynəlxalq İnternational İDEA təşkilatının birgə layihəsi çərçivəsində Gürcüstanda aparılıb.
Araşdırmaya əsasən, Gürcüstan əhalisinin yalnız 10%-i siyasi partiyaların işindən tam razıdır, 46,3% isə qismən razıdır.
Belə ki, Gürcüstan əhalisinin 66% heç vaxt siyasi partiyanın seçki proqramını oxumayıb. Səs verən zaman daha çox partiyanın seçki proqramına, yoxsa liderlərin kimliyinə üstünlük verdikləri haqqında verilən suala əhalinin 38,5% birincini, 45,8%-i isə ikincini qeyd edir.

Partiyaların namizədləri hansı meyarlarla seçdikləri barədə suala isə sakinlər belə cavab verir:

• Bilmirəm/cavab verməkdən imtina- 20.8%;
• Peşəkarlıqla: 24.1%;
• Cəmiyyətdə tanınmaqlrı ilə - 17.1%;
• Ləyaqətinə görə: 6.6%;
• Partiya lideri ilə şəxsi əlaqəsi əsasında - 18.7%;
• Pul ilə: 12.4%;
• Başqa: 0.3%.


Əhalinin 60,7%-i hesab edir ki, seçkilərdə kişinin qalib gəlmək şansı qadına nisbətən daha çoxdur. Əhalinin yalnız 17% bildirib ki, qızının siyasətə getməsini bəyənərdi.
Gürcüstan əhalisinin 52%-i insanların siyasətə öz firvanalıqları üçün getməsi ilə tam razı, 35% isə qismən razıdır.
Araşdırma çərçivəsində 1786 respondentin (599 Tbilisidən, 1 187 regionlardan) rəyi soruşulub. Respondentlər təsadüfi yolla seçiliblər. Sorğuda səhv ehtimalı 2,9%-dir. Hər bir sualın özünün fərdi səhv ehtimalı həddi var. Sorğu 2018-ci ilin 16-27 noyabrına olan dövrdə aparılıb.
Araşdırma Qafqaz Araşdırmalar Mərkəzi (CRRC) tərəfindən, Açıq Cəmiyyət Gürcüstan Fondu və Beynəlxalq İnternational İDEA təşkilatının birgə layihəsi çərçivəsində Gürcüstanda aparılıb.


Mənbə: Netgazeti


Print Email
FaceBook Twitter Google