Meriyada 14 vakant yerə qəbul elan edildi

Marneuli meriyası 14 vakant yerə qəbul elan edib.

Meriyanın İnzibati Xidmətinin rəhbəri Nino Dekanoidzenin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, həmin vəzifələrə ərizələrin qəbuluna başlanılıb və müsabiqə üç əsas mərhələdən ibarət olacaq – ərizələrin seçimi, şifahi tapşırıq və müsahibə.

Meriya elanı www.hr.gov.ge saytına yerləşdirib.

Vakant yerlərin siyahısını təqdim edirik:

İcra və Vətəndaşlara Xidmət Şöbəsinin üçüncü dərəcəli mütəxəssisi – əməkhaqqı 1100 lari, vakant yerlərin sayı – 1;

Maliyyə-Büdcə Xidmətinin Satınalma Şöbəsinin ikinci dərəcəli mütəxəssisi – əməkhaqqı 1200 lari, vakant yerlərin sayı – 1;

Nümayəndələr və Nümayəndə Köməkçiləri Şöbəsinin üçüncü dərəcəli baş mütəxəssisi – əməkhaqqı 750 lari, vakant yerlərin sayı – 4;

İctimaiyyətlə Əlaqələr Şöbəsinin birinci dərəcəli kiçik mütəxəssisi – əməkhaqqı 1000 lari, vakant yerlərin sayı – 1;

Birinci Struktur Vahidliyin Nəzarət Xidmətinin rəhbəri – əməkhaqqı 2300 lari, vakant yerlərin sayı – 1;

Yerli Vergi Şöbəsinin üçüncü dərəcəli baş mütəxəssisi – əməkhaqqı 1100 lari, vakant yerlərin sayı – 1;

Bələdiyyə Nəzarət Xidməti Şöbəsinin üçüncü dərəcəli baş mütəxəssisi – əməkhaqqı 1100 lari, vakant yerlərin sayı – 2;

Bələdiyyə Nəzarət Xidməti Şöbəsinin birinci dərəcəli kiçik mütəxəssisi – əməkhaqqı 1000 lari, vakant yerlərin sayı – 2;

Bələdiyyə Nəzarət Xidməti Şöbəsinin ikinci dərəcəli kiçik mütəxəssisi – əməkhaqqı 950 lari, vakant yerlərin sayı – 1;


O da qeyd olunmalıdır ki, bütün vəzifələrdə sınaq müddəti bir ildir. Ərizələr 6 aprel tarixinədək qəbul olunacaq.


 

Print Email
FaceBook Twitter Google