Kvemo Kartli televiziyası tenderdə uduzmaqlarını merin müavini ilə əlaqələndirir
Kvemo Kartli teleradio şirkəti Marneuli merinin müavini Laşa Lobjanidzeni Marneuli bələdiyyəsi tərəfindən elan edilmiş televiziya xidmətinin alınması tenderinin saxtalaşdırılmasında ittiham edir. Bu barədə məlumat Kvemo Kartli televiziyasında “Xronika”nın xüsusi buraxılışında səsləndirilib.

“Kvemo Kartlidə TV4-ün xoşagələn təşkilat olmadığı Marneulinin tenderində də təsdiqləndi. Çünki təşkilat heç bir siyasi partiyanın dəstəkçisi deyil. Marneulidə merin müavini olaraq Laşa Lobjanidze təyin olunub. Rustavinin keçmiş meri Davit Cikianın müavinin TV4-ə qarşı münasibəti, sakit keçirilən hərraclar və məqsədli tenderlər Rustavi əhalisi üçün həqiqətən də yeni deyil” – “Xronika”nın xüsusi buraxılışında deyilir.

“Marneuli” radiosu məsələ ilə bağlı TV4-ün direktoru Qiorqi Mqaloblişvili ilə əlaqə saxladı. O, Laşa Lobjanidzeni mane olan amillərdən biri kimi qeyd etdi və bildirdi ki, Marneuli televiziyasını tenderdə məqsədli şəkildə qalib ediblər.

“Laşa olmadan fiziki olaraq bu tenderi belə formada keçirmək mümkün olmazdı. Ona görə ki, bu tender tam pozuntu ilə keçirilib. Marneuli televiziyası ümumi efir yayımçısı deyil. Marneuli televiziyası bizim maddəyə qoşulmalıdır. Birbaşa deyirəm, yayımı olmayan televiziyanı qalib etdilər. Mənə görə televiziyanın adı var real olaraq o televiziya deyil. Çünki regional yayımçı mütləq ümumi efir yayımçısı olmalıdır. Yeganə olaraq (Marneuli TV) peyk vasitəsilə yayımlanır ki, bu da Gürcüstanda ümumi efir yayımı hesab olunmur” – Qiorqi Mqaloblişvili deyir.

Marneuli merinin müavini Laşa Lobjanidze qeyd olunan fakt haqqında məlumatı ilk dəfə “Marneuli” radiosundan eşitdiyini bildirdi və ittihamla qəti şəkildə razılaşmır. Deyir ki, “Burada konkret olaraq Laşa Lobjanidzedən danışmayaq, çünki komissiya sədri deyiləm və prosesdə nə isə düz deyildisə və meriyanın nəyisə düz etmədiyini düşünürdülərsə, o zaman şikayət hüquqlarından istifadə etməli idilər, etdilər və məğlub oldular.

“Bu cinayət işidir, nə danışırsınız bilmirəm. Mən özümə bəraət qazandırmıram. Üzr istəyirəm, kimsə öz uğursuzluğunu başqasının üstünə atırsa və özünü görə bilmirsə, mən heç nə deyə bilmərəm. Mən konkret olaraq deyə bilərəm ki, hüquqi mübahisələri var idi və mübahisə şurasında iki dəfə məğlub oldular” – Lobjanidze deyir.

Kvemo Kartli teleradio şirkətinin direktoru işinin araşdırmağı və faktiki sübutları axtarılmağı planlaşdırır. Bunun üçün Gənc Hüquqşünaslar Assosiasiyasına artıq müraciət edib və yaxın gələcəkdə Marneuli meriyasına qarşı prokurorluğa şikayət ərizəsi ilə müraciət etməyi planlaşdırır.

Print Email
FaceBook Twitter Google