Marneuli meri vəzifəsinə 16 namizəd qeydiyyatdan keçib

Marneuli meri vəzifəsinə 16 nəfərin namizədliyi irəli sürülüb.

Marneuli meri vəzifəsinə namizədlərin qeydiyyatı bu gün, 19 aprel tarixində başa çatıb.

Xatırladırıq ki, bu gün saat 16:00-da qeydiyyatdan keçmiş namizədlərin sayı 13 nəfər idi.

Marneulidə növbədənkənar mer seçkiləri 2019-cu ilin 19 mayında keçiriləcək.

İndiyə kimi Marneuli radiosuna yalnız 5 namizədin kimliyi məlumdur. “Gürcü Arzusunun” namizədi Zaur Darğallı, “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyev, Siyasi Birlik “Güc Birlikdədir”in namizədi Aqil Mustafayev, “Gürcüstan” partiyasının namizədi Leila Xaraişvili və müstəqil namizəd Əli Bədirov bir-biri ilə mübarizə aparacaqlar.

 

Print Email
FaceBook Twitter Google