Marneuli merliyinə namizəd Zaur Darğallı seçkiöncəsi kampaniya çərçivəsində Kürtlər inzibati ərazi vahidliyində yerli sakinlərlə görüş keçirib
Bu gün, 27 aprel tarixində "Gürcü Arzusu"nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallı seçkiöncəsi kampaniya çərçivəsində Kürtlər inzibati ərazi vahidliyinə daxil olan kəndlərdə yerli sakinlərlə görüş keçirdi. O, ilk olaraq Baydar kənd sakinləri ilə görüşərək onların problemlərini dinləyib və gələcək planlarından danışıb. O, mer seçiləcəyi təqdirdə Baydar kəndində mal-qaranın örüş yerlərinə aparılması üçün alternativ yolun salınması ilə bağlı sakinlərə söz verib.

Daha sonra mer vəzifəsinə namizəd Kürtlər kəndinə gedərək sakinlərlə görüşlərini davam etdirib. Zaur Darğallı görüşdə onlara öz gələcək planlarından danışdı və seçkilərdə ona dəstək olacaqlarına ümid etdiyini bildirdi.

"2012-ci ildə "Gürcü Arzusu" hakimiyyətə gələn zaman üzərinə böyük bir problemli, yüklü işlər düşdü. Çox təəssüflər olsun ki, keçmiş hakimiyyət zamanı heç bir kənddə nə daxili yol, nə içməli su, nə də müxtəlif infrastruktur layihələri həyata keçirilmədi. Biz mərhələli şəkildə həmin işləri görürük. Elə olduğumuz ərazidə yol problemi, daxili yollar mərhələli şəkildə çəkilməyə başlayıb. Baydar kəndində mal-qaraların otlaqlara aparılması üçün alternativ yolun çəkilməsinə ehtiyac var. Kürtlər kəndində müxtəlif problemlər var və bu problemlər gələcəkdə həll olunacaq. Ən çox problem Xutor Lejbəddin kəndindədir və həmin ərazi unudulmuş bir məkan kimi qalıbdır. Ən çox o kəndə yönəlmək istəyirəm ki, Xutor Lejbəddin insanlarında bir ümid yaradaq, o ümidi doğruldaq. Aktiv və planlı şəkildə iki qat enerji ilə bu problemlərin həllinə çalışacağıq. İki il yarım ərzində mümkün qədər həm yerli resursdan, digər əlaqələrdən və həm də müxtəlif donor təşkilatları köməyindən istifadə edərək həmin ərazilərdə problemlərin həllini düşünürük" - Zaur Darğallı sakinlərlə görüş zamanı bildirdi.

Kürtlər kəndində görüş başa çatdıqdan sonra merliyə namizəd Xutor Lejbəddin, Böyük Muğanlı və Lejbəddin kəndlərinə gedərək yerli əhali ilə görüş keçirdi.

Onu da əlavə edək ki, görüşdə millət vəkili Ruslan Hacıyev, Marneuli bələdiyyə məclisinin deputatları, "Gürcü Arzusunun" fəalları və nümayəndələri iştirak edirdilər.

Qeyd edək ki, Marneulidə növbədənkənar mer seçkiləri 19 may tarixində keçiriləcək.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google