Marneuli merliyinə namizəd Zaur Darğallı seçkiöncəsi kampaniya çərçivəsində Kürtlər inzibati ərazi vahidliyində yerli sakinlərlə görüş keçirib
00:15 / 28.04.2019
Bu
gün, 27 aprel tarixində "Gürcü Arzusu"nun Marneuli meri vəzifəsinə
namizədi Zaur Darğallı seçkiöncəsi kampaniya çərçivəsində Kürtlər
inzibati ərazi vahidliyinə daxil olan kəndlərdə yerli sakinlərlə
görüş keçirdi.
O,
ilk olaraq Baydar kənd sakinləri ilə görüşərək onların
problemlərini dinləyib və gələcək planlarından danışıb. O, mer
seçiləcəyi təqdirdə Baydar kəndində mal-qaranın örüş yerlərinə
aparılması üçün alternativ yolun salınması ilə bağlı sakinlərə söz
verib.
Daha sonra mer vəzifəsinə namizəd Kürtlər kəndinə gedərək
sakinlərlə görüşlərini davam etdirib. Zaur Darğallı görüşdə onlara
öz gələcək planlarından danışdı və seçkilərdə ona dəstək
olacaqlarına ümid etdiyini bildirdi.
"2012-ci ildə "Gürcü Arzusu" hakimiyyətə gələn zaman
üzərinə böyük bir problemli, yüklü işlər düşdü. Çox təəssüflər
olsun ki, keçmiş hakimiyyət zamanı heç bir kənddə nə daxili yol, nə
içməli su, nə də müxtəlif infrastruktur layihələri həyata
keçirilmədi. Biz mərhələli şəkildə həmin işləri görürük. Elə
olduğumuz ərazidə yol problemi, daxili yollar mərhələli şəkildə
çəkilməyə başlayıb. Baydar kəndində mal-qaraların otlaqlara
aparılması üçün alternativ yolun çəkilməsinə ehtiyac var. Kürtlər
kəndində müxtəlif problemlər var və bu problemlər gələcəkdə həll
olunacaq. Ən çox problem Xutor Lejbəddin kəndindədir və həmin ərazi
unudulmuş bir məkan kimi qalıbdır. Ən çox o kəndə yönəlmək
istəyirəm ki, Xutor Lejbəddin insanlarında bir ümid yaradaq, o
ümidi doğruldaq. Aktiv və planlı şəkildə iki qat enerji ilə bu
problemlərin həllinə çalışacağıq. İki il yarım ərzində mümkün qədər
həm yerli resursdan, digər əlaqələrdən və həm də müxtəlif donor
təşkilatları köməyindən istifadə edərək həmin ərazilərdə
problemlərin həllini düşünürük" - Zaur Darğallı
sakinlərlə görüş zamanı bildirdi.
Kürtlər kəndində görüş başa çatdıqdan sonra merliyə namizəd Xutor
Lejbəddin, Böyük Muğanlı və Lejbəddin kəndlərinə gedərək yerli
əhali ilə görüş keçirdi.
Onu da əlavə edək ki, görüşdə millət vəkili Ruslan Hacıyev,
Marneuli bələdiyyə məclisinin deputatları, "Gürcü Arzusunun"
fəalları və nümayəndələri iştirak edirdilər.
Qeyd edək ki, Marneulidə növbədənkənar mer seçkiləri 19 may
tarixində keçiriləcək.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166