Meriyada 14 vakansiya müsahibədə 211 nəfər iştirak edib
Marneuli
meriyası tərəfindən elan olunmuş 14 vakansiya üçün 313 ərizə daxil
olub, lakin müsahibə mərhələsinə bunlardan yalnız 211 nəfəri
gəlib.
Bu
barədə məlumatı “Marneuli” radiosuna meriyanın Administrasiya
Xidmətinin rəhbəri Nino Dekanoidze verib və qeyd edib ki,
müsahibədə xüsusi yaradılmış komissiya iştirak edib. Vakant yerlərə
kimin qəbul olunacağı isə bir neçə ay ərzində məlum olacaq.
“Bizim müsabiqəni tamamlamaq üçün üç ay vaxtımız var.
İştirakçılara mənfi və ya müsbət cavab barədə məlumat göndəriləcək.
Sonra isə müsbət dəyərləndirilən namizədlərlə bağlı merə tövsiyələr
veriləcək”, – Nino Dekanoidze “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirib.
Meriya tərəfindən elan olunmuş müsabiqə barədə məlumat
www.hr.gov.ge saytında yerləşdirilmişdi. Qeyd edək ki, meriya
tərəfindən işə qəbul olunan şəxslər üçün sınaq müddəti bir il
olacaq.