Marneuli meriyasının ictimai məlumatları verməsi keyfiyyəti 5.41% azalıb – IDFI-nin araşdırması

İctimai məlumatların əlçatanlığı baxımından 2018-ci ildə Marneuli meriyasının nəticəsi 89.42%, Bələdiyyə Məclisinin nəticəsi isə 57.69%-ə bərabərdir.

Bu barədə statistik məlumatı İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI) yayımlayıb.

IDFI Marneuli meriyasından yazılı olaraq 26 məlumat tələb edib. Meriya bunlardan 25-ə gec cavab verib, hərtərəfli cavab isə IDFI-nin 21 məktubuna verilib.

2018-ci il ərzində İnformasiya Azadlığının İnkişafı İnstitutu Marneuli Bələdiyyə Məclisindən 13 dəfə ictimai məlumatın verilməsini tələb edib ki, bunlardan da hamısına gec cavab verilib.

2017-ci illə müqayisədə Marneuli meriyasının ictimai məlumatın verilməsi keyfiyyətində geriləmə olub. Belə ki, 2017-ci ildə bu göstərici 94.83% olsa da, 2018-ci ildə 89.42% olub.

Meriyadan fərqli olaraq Bələdiyyə Məclisində ictimai məlumatların əlçatanlığı 2017-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2017-ci ildə IDFI tərəfindən 22 dəfə ictimai məlumat tələb olunsa da, Bələdiyyə Məclisi bu məktublardan heç birinə cavab verməyib. Məhz buna görə də 2017-ci ildə Bələdiyyə Məclisi ictimai məlumatların əlçatanlığı baxımından 0%-lik nəticə ilə dəyərləndirilmişdi, 2018-ci ildə isə bu rəqəm 57.69% olub.

"Marneuli" Radiosu

 

Print