Seksual sıxışdırma ilə bağlı qanun nəyi nəzərdə tutur

Bu gün, 3 may tarixində Gürcüstan parlamenti seksual sıxışdırma haqqında gender şurasının qanununu üçüncü dinləmədə qəbul edib.

Dörd qanuna dəyişiklik daxil olur – Əmək məcəlləsi, Xalq Müdafiəçisi haqqında qanun, İnzibati Xətalar məcəlləsi və Mülki Proses Məcəlləsi. Bizimlə söhbətində Xalq Müdafiəçisinin Kvemo Kartlidə gender üzrə regional nümayəndəsi Mariam Qvidianinin bildirdiyinə görə indiyə qədər Kvemo Kartli miqyasında seksual sıxışdırma ilə bağlı onlara müraciət olub, ancaq düşünür ki, indi daha çox olacaq və məlumatlandırma səviyyəsi artacaq.

“Ümumiyyətlə Kvemo Kartli regionunda gender bərabərliyi məsələsi ciddi şəkildə durur. Onlar arasında – ailədə zorakılıq, erkən evlilik, qadınların əmək hüququ yer alır. Eləcə də seksual sıxışdırma halları qeydə alınır və vətəndaşlara konsultasiya veririk. Hesab edirik ki, qanunvericilik təşəbbüslərinin tənzimlənməsi fonunda müraciətlər artacaq. Biz məlumat xarakterli görüşlər də tez-tez keçiririk və əhaliyə məlumat veririk” - Mariam Qvidiani deyir.

Mariam Qvidianinin sözlərinə görə seksual sıxışdırmaya qarşı zərərçəkənin iki mexanizmi olacaq, Xalq Müdafiəçisinə və ya məhkəməyə müraciət etsin. Xalq Müdafiəçisi məsələni araşdıracaq və öz mandatı çərçivəində fiziki və hüquqi şəxsin, eləcə də özəl hüquqi və başqa subyektlərə qarşı tövsiyyələr verəcək. Qanuna əsasən Xalq Müdafiəçisinin mandatı artır və Ombudsman əgər təşkilat onların tövsiyyəsinə cavab verməzsə məhkəməyə müraiət etmək və tövsiyyəni həyata keçirməyi tələb etmək səlahiyyətinə malik olacaq.

“Seksual sıxışdırma bir neçə komponentdən ibarətdir. Yəni, hərəkət seksual xarakterli olmalıdır, xoşagəlməz və təkrar olunan xarakter daşımalıdır. Bu təhqiredici şərhlərlə, seksual xarakterli yazışmalarla, cümlələrə, eləcə də xoşagəlməz toxunma ilə ola bilər. Biz araşdırmalara əsasən bilirik ki, seksual sıxışdırma ən çox dövlət sahəsində və əmək münasibətlərində qeydə alınır. Ona görə bu problem gizli olmamalıdır və bunun üçün çox çalışmalıyıq” – Mariam Qvidiani deyir.

Qvidianinin sözlərinə görə Xalq Müdafiəçisi eləcə də öz hesabatlarında pozuntu edən fiziki və hüquqi şəxslər haqqında məlumat qeyd edə biləcək.

Qanuna əsasən, seksual sıxışdırm qanunla cəzalandırılacaq. Seksual sıxışdırmaya nəzarət dövlət sahəsində patrula tabe olacaq və təsdiqləndiyi halda cərimə 300 lari olacaq. Ancaq əgər şəxs bu kimi hərəkəti birinci cərimədən bir il müddətində yenidən törədərsə o, 500 lari ödəməli olacaq.

Qanun azyaşlı, hamilə və fiziki imkanı məhdudiyyətli olan şəxslərə qarşı seksual sıxışdıra faktı ilə bağlı daha ciddidir. Belə hallarda cərimənin miqdarı 800 laridir, təkrar olduğu halda isə 1000 laridir.

 

Print Email
FaceBook Twitter Google