"Seçkilər qaranlıq və qorxularla doludur" – 19 may Marneulidə mer seçkiləri və GoT-un sonuncu seriyasının premyerası
Taxt-tac oyunlarının sonuncu – 6-cı seriyasının premyerası 19 may tarixində baş tutacaq. Dəmir taxta kimin çıxacağı və 7 krallığı kimin idarə edəcəyi şounun bütün azarkeşləri üçün maraqlıdır.

Deneris, Sersi, Con Snou, Sansa və Arya Starklar – bunlar gələcək başçı ola biləcək personajlardan bəziləridir.

Gecə kralının şimala keçə bilməməsi yaxşı haldır, artıq paytaxt və bəşəriyyət təhlükədə deyil (bəlkə paytaxtı yandırdılar, amma bundan bəhs etmirik...). Əsas odur ki, Vesteros sakinləri və şou azarkeşləri 19 may tarixində əsas zərbəni endirə bilsinlər və mümkün qədər az göz yaşı və qan axıtsınlar.



Taxt-tac oyunlarında “gecə qaranlıqdır və qorxularla doludur”, lakin onlar bilmirlər ki, Marneulidə seçkilər nə qədər qaranlıq və qorxularla doludur. Təsadüfə bax ki, 19 may tarixində “Böyük qırğın” Marneulidə də keçiriləcək. Seçkilər qapının önünü kəsdirib və Marneuli merinin dəri örtüklü kreslosunu tutmaq üçün 15 namizəd mübarizə aparır.

Zaur Darğallı, Əhməd İmamquliyev, Əli BƏdirov, Aqil Mustafayev və Marneulililərə o qədər də məlum olmayan 11 namizəd. Marneuli meri taxtına kim sahib olacaq, bu seçkilərdən sonra məlum olacaq, lakin hadisələrin rahat və gərginlikdən uzaq keçəcəyini demək çətindir.




Mənim təxminim əsassız deyil. 2016-cı ildən Marneulidə seçkilər qarşıdurma, döyülmüş sakinlər, yarılmış başlar, gülləbaran olmuş qərargah və ya daş yağmuru fonunda keçir. Bəli, bəli, Marneulidə belədir və bizim sakinlər də hər seçkidə Gecə kralı ilə mübarizə aparır, Aria isə bizi gah xilas edə bilir, gah da yox.

Fiziki qarşıdurma əsasən seçki günü baş verir. Lakin siyasi intriqalar bizim üçün adi haldır. Marneulililər əvvəlcə elə düşünürdü ki, “Milliyətçi”lər və “Avropalı”lar yenə Şimal və Denerisin əvvəlcə Gecə kralına, daha sonra Sersiyə qalib gəlmək üçün birləşdikləri kimi birləşəcəklər, lakin onlar birləşmək istəmədilər. Serialın beşinci epizodunda nə baş verəcəyini – Deneris və Snou birgə mübarizə aparacaqlar, yoxsa İmamquliyev və Mustafayev kimi rəqibləri və bir-biri ilə ayrılıqda mübarizə aparacaqlar – hələ bilmirik. (Bu halda Darğallı Sersi, yoxsa Gecə kralı olacaq – bu ayın 19-da aydın olacaq).

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər