Xada dərəsində qətlə yetirilmiş Rayan Smitin anası ABŞ-dan göndərdiyi məktubda Malxaz Kobaurini bağışladığını yazıb
Xada dərəsində qətlə yetirilmiş Rayan Smitin anası ABŞ-dan göndərdiyi məktubda oğlunu, gəlinini və 4 yaşlı nəvəsini qətlə yetirmək ittihamı ilə azadlıqdan məhrum edilmiş Malxaz Kobaurini bağışladığını yazıb.

Lin Smitin 1 oktyabr 2018-ci ildə göndərdiyi və məhkum Malxaz Kobaurinin bir neçə gün aldığı məktub "Interpressnews" tərəfindən yayımlanıb.

Qətlə yetirilmiş Rayan Smitin anası 6 səhifəlik məktubda məhkumluqda olan çobana emosional şəkildə müraciət edir və deyir ki, o, və həyat yoldaşı istəmirlər ki, “bağışlamamaq, acı, nifrət və ya pislik əzabı ilə yaşasınlar”, buna görə də, Kobaurini bağışlamaq qərarına gəliblər.

Bununla belə, Lin Smit məktubda onu da qeyd edir ki, qətlə yetirilmiş mərhumların ailəsinin arzusu Kobaurinin 30 il və ya həmişəlik həbsdə qalmasıdır, çünki onlar məhkum olunmuş çobanın digər insanlara təhlükə yaratmasını istəmirlər.

Bundan əlavə Rayan Smitin anası Malxaz Kobaurini dualar etməyə çağırır və məsləhət görür ki, Allahdan bağışlanmağını diləsin.

Print Email
FaceBook Twitter Google