3000 larilik cərimələri hara şikayət edə bilərik
Gürcüstan Xalq müdafiəçisi karantin və təcrid qaydaları, həmçinin fövqəladə vəziyyət rejiminin pozulmasına görə yazılan cərimələrlə bağlı məlumat yayımlayıb.

“Fövqəladə vəziyyət elan olunduqdan sonra təcrid və/və ya karantin qaydalarının pozulmasına görə yüzlərlə vətəndaş cərimə olunub. Bəs bu cərimələri şikayət etmək mümkündürmü? Hansı müddət ərzində və hara şikayət edə bilərik? Xalq müdafiəçisi vətəndaşlar tərəfindən tez-tez verilən suallara cavab verir.”

Qeyd edək ki, fövqəladə vəziyyət rejiminin pozulmasına görə, fiziki şəxslər 3 000, hüquqi şəxslər isə 15 000 lari cərimə olunurlar.



1. Cərimə haqqında verilən qərardan haraya şikayət edə bilərəm?

- Cərimələnmə haqqında verilən qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya birbaşa rayon (şəhər) məhkəməsinə şikayət edə bilərsiniz .


2. Yuxarı səlahiyyətli vəzifəli şəxs kimdir?

- Yuxarı səlahiyyətli şəxs dedikdə sizi cərimələyən polis işçisinə vəzifəcə rəhbərlik edən insan nəzərdə tutulur. Bununla yanaşı, daxili işlər naziri hər bir polisin yuxarı səlahiyyətli şəxsi hesab olunur. Buna görə də şikayət etmə prosesini sizin üçün asanlaşdımaq məqsədilə şikayətinizi birbaşa nazirin adına təqdim edə bilərsiniz.



3. Əgər cərimədən məhkəməyə şikayət edirəmsə, onda bu şikayətimi hansı müddət ərzində təqdim etməliyəm?

– Əgər birbaşa məhkəməyə şikayət edirsinizsə, şikayətinizi cəriməni qəbul etdiyiniz gündən etibarən 10 gün ərzində təqdim etməlisiniz

4. Fövqaladə vəziyyət zamanı da məhkəməyə müraciət edə bilərəmmi?

- Bəli. Əgər yuxarı səlahiyyətli vəzifəli şəxsə şikayət etmək hüququnuzdan istifadə etmək istəmirsinizsə və birbaşa məhkəməyə müraciət etmək istəyirsinizsə, onda bu şikayətinizi fövqəladə vəziyyət zamanı da məhkəməyə təqdim edə bilərsiniz.

5. Əgər məhkəmə mənim şikayətimi təmin etməsə, o zaman cəriməni nə qədər vaxta ödəməliyəm?

- Məhkəmənin çıxardığı qərarı qəbul etdiyinizdən 30 gün müddətində . Bu halda cəriməni fövqəladə vəziyyətin qüvvədə olub-olmamasından asılı olmayaraq ödəmə məsuliyyəti daşıyırsınız.

6. Cərimə haqqında qərarı mənim qəbul etməyim nə deməkdir?

- “Qəbul etmək” dedikdə sənədi rəsmi şəkildə götürməyiniz nəzərdə tutulur. Polis işçisi cərimə qəbzini elə yerindəcə sizə verir . Əgər siz çıxarılan qərarı qəbul etməkdən imtina etsəniz belə, bu qərarı qəbul etmiş hesab olunursunuz.

7. Əgər əvvəlcə yuxarı səlahiyyətli vəzifəli şəxsə şikayət edirəmsə, onda bu şikayətimi hansı müddət ərzində həyata keçirməliyəm?

- Fövqəladə vəziyyət zamanı bu yöndə müxtəlif qaydalar müəyyən edilibdir və sizin hüququnuz var ki, çıxarılan qərardan fövqəladə vəziyyət başa çatdıqdan sonra, 10 gün ərzində şikayət edəsiniz . Cəriməni ödəmə məsuliyyəti isə cərimədən şikayət etmək prosedurlarından sonra yaranır.



8. Əgər yuxarı səlahiyyətli vəzifəli şəxs mənim şikayətimi təmin etməsə, əlavə olaraq nə edə bilərəm?

- Bu halda məhkəməyə müraciət etmək hüququnuz var. Əgər birinci instansiya məhkəməsi (şəhər/rayon məhkəməsi) sizin tələbinizi təmin etməzsə, bu məhkəmənin çıxardığı qərardan apelyasiya məhkəməsinə şikayət edə bilərsiniz. Bununla da şikayət etmə proseduru başa çatmış olur.


9. Əgər cərimədən şikayət etmək istəmirəmsə, hansı vaxt ərzində ödəməliyəm?

- Əgər cərimədən nə məhkəməyə, nə də yuxarı səlahiyyətli vəzifəli şəxsə şikayət etmək istəmirsinizsə, onda cəriməni elə indi də ödəyə bilərsiniz, bununla yanaşı, fövqəladə vəziyyət başa çatdıqdan sonra 30 gündən gec olmayaraq ödəməlisiniz.

10. Vəkil xidmətindən istifadə etməyə hüququm varmı?

- Şikayət etdiyiniz və işinizin müzakirəsi zamanı vəkilin köməyindən istifadə edə bilərsiniz . Amma polisin sizi cərimələmək haqqında qərarı qəbul etdiyi zaman vəkilin orada olmaması bu proseduru dayandırmır və sizin cərimələnməyinizə əngəl törədəcək mühit yaratmır.

11. Cərimədən şikayət olunması və ödənməsi haqqında yuxarıda izah edilən qaydalar yalnız karantin/izolyasiya qaydalarını pozanlaramı aiddir?

- Bəli. Əgər siz başqa növ inzibati xəta və ya cinayət törətsəniz, sizə başqa məsuliyyətlər də əlavə olunacaq. Məsələn, siz cərimələnmə prosesi zamanı polisin qanuni tələbinə tabe olmasanız, bu əlavə olaraq sizin cərimələnməyinizə və ya/və həbsinizə belə gətirib çıxara bilər.

12. Əgər karantinin və ya/və təcrid qaydalarını təkrarən pozsam, yenə də inzibati qaydadamı cərimələnəcəyəm?

- Xeyr. Bu halda sizə qarşı cinayət hüquq prosesi başlayacaq. Yuxarıda qeyd olunan halın təkrarlanması azadlıqdan məhrum etməni nəzərdə tutur. Buna gör 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub . Cinayət Məcəlləsinə Gürcüstan Parlamenti tərəfindən edilən dəyişikliklərə görə, 2 maydan sonra qeyd olunan qanun pozuntusunun təkrarlanması 6 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur . Bununla yanaşı, bu o demək deyildir ki, qaydanı pozan hər bir şəxs avtomatik olaraq maksimal müddətdə (3 və ya 6 il) azadlıqdan məhrum ediləcək. Bu zaman iş məhkəməyə göndəriləcək ki, orada da fərdi olaraq tərəfinizdən törədilən hadisənin, onun ağırlığının, təhlükəli olmasının, sizə qarşı sürülən ittihamın qiymətləndirilməsi baş verəcək. Yalnız bundan sonra haqqınızda qərar qəbul ediləcək, o cümlədən, sizin günahınız sübuta yetirildiyi halda məhkəmə cəzanızın fərdi ölçüsü haqqında müzakirələr aparacaq.

Print Email
FaceBook Twitter Google