Mayın 10-dək Gürcüstanda yağış, dolu və külək gözlənilir
Gürcüstanda mayın 10-dək qeyri-sabit hava gözlənilir – bu haqda "InterpressNews"-a Milli Ekologiya Agentliyinin Monitorinq və Proqnozlar Mərkəzinin qısamüddətli Proqnozlar İdarəsinin rəhbəri Dodo Qvazava bildirib.
Onun sözlərinə görə, Gürcüstanın əksər rayonlarında vaxtaşırı qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu yağacağı gözlənilir. Sinoptikin sözlərinə görə, mayın 11-dən sonra Gürcüstanın bütün ərazisində havanın temperaturunun artacağı gözlənilir.

“Gürcüstanda, mayın 11-dək qeyri-sabit hava şəraiti hökm sürəcək. Əksər rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, həmçinin dolu yağacağı və külək əsəcəyi gözlənilir. Aran rayonlarında mayın 11-dək havanın maksimal temperaturu +16+17 dərəcə ola bilər. Dağlıq rayonlarda havanın temperaturu təxminən +10+15 dərəcə, yüksək dağlıq ərazilərdə isə +5+10 dərəcə olacaq.

Şərqi Gürcüstanda ən aşağı temperatur +14+16 dərəcə ilə Şida Kartlidə gözlənilir. Kaxetidə havanın temperaturu +22 +24 dərəcə olacaq. Tbilisidə mayın 11-i günün sonunadək qeyri-sabit hava şəraiti hökm sürəcək. Vaxtaşırı küləyin güclənəcəyi, bəzi yerlərdə dolu və qısamüddətli yağış yağacağı gözlənilir. Mayın 11-dən sonra havanın temperaturu artacaq və mayın 12-13-də +24+26 dərəcəyədək yüksələ bilər”, –
deyə Milli Ekologiya Agentliyinin Monitorinq və Proqnozlar Mərkəzinin qısamüddətli Proqnozlar İdarəsinin rəhbəri bildirib.

Print Email
FaceBook Twitter Google