Tbilisidə Kazbeqi prospektində qətl hadisəsi baş verib. Həmin yerdə
bir kişi cəsədi tapılıb.
Daxili İşlər Nazirliyindən "InterpressNews"-a verilən məlumata
görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam
öldürməsini nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır.
Hadisə yerində hüquq mühafizəçiləri işləyir.