Tbilisidə Kazbeqi prospektində qətl hadisəsi baş verib
Tbilisidə Kazbeqi prospektində qətl hadisəsi baş verib. Həmin yerdə bir kişi cəsədi tapılıb.

Daxili İşlər Nazirliyindən "InterpressNews"-a verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməsini nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır.

Hadisə yerində hüquq mühafizəçiləri işləyir.

Mənbə: İnterPressNews
Print