İvanişvili kənd təsərrüfatı üçün 2013-cü ildən 200 milyonadək xərcləyib – Davitaşvili
Gürcüstanın Kənd Təsərrüfatı Naziri Levan Davitaşvilinin sözlərinə görə, Bidzina İvanişvili kənd təsərrüfatının inkişafı üçün həlledici zamanlarda 200 milyonadək vəsait xərcləyib. Bu haqda o, Kənd Təsərrüfatı Nazirliyinin anti-böhran planının təqdimatı zaman danışıb.

Nazirin sözlərinə görə, o zamankı baş nazir kənd təsərrüfatının inkişafı üçün öz vəsaitlərindən 200 milyonadək ayırıb:

“Kənd təsərrüfatı haqqında danışdığımız zaman qeyd etməmək olmaz ki, bizim hökumətin kənd təsərrüfatı siyasəti necədir və burada qeyd etmək lazımdır ki, 2013-cü ildə kənd təsərrüfatı ölkəmizin inkişafı üçün prioritetlərdən biri kimi elan olundu. Bu zaman cənab Bidzina İvanişvilinin şəxsi vəsaitlərindən 200 milyon ayırması və kənd təsərrüfatına xərcləməsi misli-bərabəri olmayan yardım idi”, –
deyə o, qeyd edib.

Davitaşvilinin qiymətləndirməsinə görə, bu dövr kənd təsərrüfatının inkişafında çevriliş dönəmi idi:

“Bu, faktiki olaraq kənd təsərrüfatının inkişafında çevriliş idi. Bizdə hər il azalma müşahidə olunurdu. Məhsulun və əlavə dəyərin azaldılması və kəndə tərəf dönüşə bu stimul səbəb oldu”, –
deyə Davitaşvili bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google