İctimai nəqliyyatın fəaliyyətini bərpa olunmasına görə ola bilsin
ki, mütəxəssislər tövsiyələr versin, - Xəstəliklərə Nəzarət və
İctimai Sağlamlığın Milli Mərkəzinin (NCDC),
İctimai Sağlamlıq Risklərinə Qarşı Hazırlıq və Reaksiya İdarəsinin
rəhbəri Anna Kasradzenin bildirdiyinə görə, mütəxəssislər
hal-hazırda götürülmüş məhdudiyyətlərin fonunda vəziyyəti müşahidə
edəcəklər və qərarlar bundan sonra qəbul olunacaq.
“Bu günlər ərzində kifayət qədər çox məhdudiyyət
götürüldü. Buna görə də biz bu məhdudiyyətlərin götürülməsinin
xəstəliyin yayılmasına necə təsir edəcəyini araşdıracağıq, bundan
sonra qiymətləndirəcəyik və müvafiq qərarlar qəbul edəcəyik. Hələ
vəziyyəti müşahidə etməklə məşğuluq. Vəziyyətdən asılı olaraq,
ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsi haqqında
tövsiyələr verməyimiz mümkünüdr”, – deyə Anna
Kasradze bildirib.
Səhiyyə Nazirliyinin Əmək Şəraitinin Yoxlanılması Departamentinin
rəhbəri Beka Peradzenin bildirdiyinə görə isə, ictimai nəqliyyatda
sərnişinlərin sayı azalacaq, əvəzinə isə nəqliyyat vasitələrinin
hərəkət sıxlığı artacaq.
Beka Peradzenin sözlərinə görə, tövsiyələr bir neçə günə məlum
olacaq.