İctimai nəqliyyatın fəaliyyətini bərpa olunmasına görə ola bilsin ki, mütəxəssislər tövsiyələr versin
İctimai nəqliyyatın fəaliyyətini bərpa olunmasına görə ola bilsin ki, mütəxəssislər tövsiyələr versin, - Xəstəliklərə Nəzarət və İctimai Sağlamlığın Milli Mərkəzinin (NCDC), İctimai Sağlamlıq Risklərinə Qarşı Hazırlıq və Reaksiya İdarəsinin rəhbəri Anna Kasradzenin bildirdiyinə görə, mütəxəssislər hal-hazırda götürülmüş məhdudiyyətlərin fonunda vəziyyəti müşahidə edəcəklər və qərarlar bundan sonra qəbul olunacaq.

“Bu günlər ərzində kifayət qədər çox məhdudiyyət götürüldü. Buna görə də biz bu məhdudiyyətlərin götürülməsinin xəstəliyin yayılmasına necə təsir edəcəyini araşdıracağıq, bundan sonra qiymətləndirəcəyik və müvafiq qərarlar qəbul edəcəyik. Hələ vəziyyəti müşahidə etməklə məşğuluq. Vəziyyətdən asılı olaraq, ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsi haqqında tövsiyələr verməyimiz mümkünüdr”, – deyə Anna Kasradze bildirib.

Səhiyyə Nazirliyinin Əmək Şəraitinin Yoxlanılması Departamentinin rəhbəri Beka Peradzenin bildirdiyinə görə isə, ictimai nəqliyyatda sərnişinlərin sayı azalacaq, əvəzinə isə nəqliyyat vasitələrinin hərəkət sıxlığı artacaq.

Beka Peradzenin sözlərinə görə, tövsiyələr bir neçə günə məlum olacaq.

Mənbə: BM
Print