Piratlar tərəfindən qaçırılan 9 gürcü dənizçi azad olunub
Aprelin 30-da piratlar tərəfindən qaçırılan 9 gürcü dənizçi azad olunub və bir neçə günə xüsusi reyslə Nigeriyadan Gürcüstana gətiriləcəklər. Bu barədə məlumatı Dəniz Nəqliyyatı Agentliyinin direktoru Tamar İoseliani verib.

Onun sözlərinə görə, dövlət gəmi sahibləri ilə birlikdə lazım olan hər bir addımı atıb və 22 günlük əsirlikdən sonra dənizçiləri xilas olunub.

“Biz Nigeriyanın dövlət strukturları ilə bilavasitə əlaqədəyik. Prosesin tez bir vaxtda başa çatması və formal proseduraların ən qısa zamanda tamamlanması üçün bütün tədbirlər görülür. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, dənizçilərin əsirlikdən təhlükəsiz şəkildə azad olunmasında ən böyük töhfəni gəmi sahiblərinin şirkəti verdi və onlara göstərdikləri səyə görə təşəkkür edirik”, – deyə Tamar İoseliani bildirib.

Onun verdiyi məlumata görə, əsir düşməkdən xilas olan 4 dənizçi artıq Gürcüstandadır.

Mənbə: On
Print