Zuqdidi bələdiyyəsində minik maşını və mikroavtobusun toqquşması nəticəsində 5 gənc xəsarət alıb
Zuqdidi bələdiyyəsinin Yuxarı Eceri kəndində yol nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə zamanı mikroavtobus və minik maşını toqquşub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

“Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış 5 gənc gətirilib. Hər beşi təcili tibbi yardım şöbəsindədir, müvafiq müayinələr və müalicə aparılır”,
– deyə Zuqdidi Referral Xəstəxanasının kliniki meneceri Sulxan Orjonia bildirib.

Daxili İşlər Nazirliyindən “İnterpressnews”a verilən məlumata görə, Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başladılıb ki, bu da nəqliyyatın istismarı qaydasının pozulmasını nəzərdə tutur.

Mənbə: İnterPressNews
Print