Hüquq mühafizəçiləri Ağ Evin yaxınlığında etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər
Hüquq mühafizəçiləri Ağ Evin yanına toplanmış etiraz aksiyasının iştirakşılarına qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər. Bu barədə məlumatı “Reuters” Agentliyi yayıb.

Agentliyin bildirdiyinə görə, polis və mitinq iştirakçıları arasında toqquşmalar ABŞ prezidenti Donald Trampın “ölkənin böyük şəhərlərində qarışıqlıqlara son qoymaq üçün ştat qubernatorlarının Milli Qvardiyanı çağırmayacaqları təqdirdə hərbçiləri səfərbər edəcəyi haqqında “Rouse Garden”-də çıxışından sonra başlayıb.

Kadrlarda əllərini yuxarı qaldıraraq “Bizə atəş açmayın!” deyə qışqıran aksiya iştirakçıları görünürlər.

Xatırladaq ki, ABŞ-da bir neçə gündür ki, etiraz aksiyaları səngimək bilmir. Etirazçılar afro-amerikalı Corc Floydu saxlayan zaman polis tərəfindən ona qarşı həddən artıq güc tətbiq edilməsinə narazılıqlarını bildirir və insidentdə iştirak edən hər dörd polisə qarşı səlahiyyətindən sui-istifadə edərək öldürmək maddəsi ilə cinayət işi açılmasını tələb edirlər.

Print Email
FaceBook Twitter Google