Bələdiyyə məclisinin keçmiş deputatı Rəhim Əsgərovu Rafiq Cəfərov əvəz edəcək
Bu gün, 12 iyun tarixində Marneuli Bələdiyyə Məclisinin iclası keçirilib. Bələdiyyə Məclisinin deputatı Rəhim Əsgərov istefa edib və onun deputat mandatı boş qalıb. Bələdiyyə Məclisinin bu gün baş tutan iclası zamanı boş qalan deputat mantatına yeni deputatın təyin olunması müzakirə edilib. 2017-ci ilin yerli özünüidarə seçkiləri zamanı Vahid Milli Hərakat partiyasından Marneuli bələdiyyə məclisinə proporsional siyahıda ikinci sırada yer alan Rafiq Cəfərovun deputat olması müzakirə edilib.

Rafiq Cəfərov kimdir?

Rafiq Cəfərov Vahid Milli Hərəkat partiyasının üzvüdür. Onun 59 yaşı var. Algeti kəndində yaşayır, ailəlidir, iki övladı var.

Rafiq Cəfərov 2002-ci ildə Marneuli Bələdiyyə Məclisinin Alget üzrə deputatı olub. Daha sonra Bələdiyyə Məclisinin sədri vəzifəsində çalışıb. 2014-cü ildən 2017-ci ilədək təkrar Vahid Milli Hərakat partiyasından Marneuli Bələdiyyə Məclisinin deputatı olub. 2017-ci ilin yerli özünüidarə seçkilərində Rafiq Cəfərov Vahid Milli Hərakat partiyasından proporsional siyahıda ikinci sırada yer alıb.

Rafiq Cəfərov "Marneuli" radiosu ilə söhbəti zamanı Bələdiyyə Məclisinin növbəti iclasında iştirak etməyi düşündüyünü bildirdi. O, deyir ki, gələcək planlardan danışmaq hələ tezdir.

"Əvvəlcə mən Bələdiyyə Məclisinin iclasında iştirak etməliyəm. Yəni Bələdiyyə Məclisinin vəziyyəti ilə tanış olmalıyam. Rayon büdcəsi ilə tanış olmalıyam. Görülən və görüləcək işlərlə tanış olmalıyam. Əvvəlcədən heç nə deyə bilmərəm. Tanış olduqdan sonra deyə bilərəm ki, mənim planlarım nə olacaq", – Rafiq Cəfərov dedi.

Xatırladaq ki, Marneuli Bələdiyyə Məclisinin VMH-dan olan üzvü Rəhim Əsgərov rüşvət alma ittihama ilə 2019-cu ilin 28 mart tarixində saxlanılmışdı. Daha sonra 2019-cu ilin 25 dekabr tarixində hakimin qərarı əsasında məhkəmə zalından azadlığa buraxılıb. Rəhim Əsgərovun deputatlıq mandatı 11 mart tarixindən dayandırılıb.

"Marneuli" Radiosu
Print