Saakaşvili xalq qarşısına sabah çıxacaq - Dumbadze
Biz Mixail Saakaşvilini rəsmi olaraq sabah 20:05-də göstərəcəyik.

Bunu Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının rəsmi nümayəndəsi Murman Dumbadze deyib. Onun sözlərinə görə, Saakaşvili hazırda Batumidədir:

“Onun çoxlu tərəfdarı var. Onu bütün Gürcüstan gözləyir və biz rəsmi olaraq Saakaşvilini sabah 20:05-də göstərəcəyik. Hesab edirəm ki, operativ hərəkət etmək lazımdır”.

Qeyd edək ki, sabah Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçiriləcək.
Print Email
FaceBook Twitter Google