Gürcüstanın Ukraynadakı səfiri Mixeil Saakaşvilinin həbsi ilə
əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılmayıb.
Bu barədə Gürcüstan XİN-in bəyanatında qeyd olunub.
Bildirilib ki, Gürcüstanın bu ölkədəki səfirliyi Ukrayna tərəfi ilə
sabiq prezident Mixeil Saakaşvilinin saxlanılması ilə əlaqədar
fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, daha əvvəl bir sıra yerli KİV-də Gürcüstanın
Ukraynadakı səfirinin Ukrayna XİN-ə çağırılması ilə bağlı məlumat
paylaşılıb.
Mənbə: apa.az