Gürcüstan XİN: Gürcüstanın səfiri Ukrayna XİN-ə çağırılmayıb
Gürcüstanın Ukraynadakı səfiri Mixeil Saakaşvilinin həbsi ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılmayıb.

Bu barədə Gürcüstan XİN-in bəyanatında qeyd olunub.

Bildirilib ki, Gürcüstanın bu ölkədəki səfirliyi Ukrayna tərəfi ilə sabiq prezident Mixeil Saakaşvilinin saxlanılması ilə əlaqədar fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, daha əvvəl bir sıra yerli KİV-də Gürcüstanın Ukraynadakı səfirinin Ukrayna XİN-ə çağırılması ilə bağlı məlumat paylaşılıb.

Mənbə: apa.az
Print