Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət
nazirinin azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsi üzrə
yeni müşaviri təyin olunub.
Bu vəzifəyə Anar Süleymanov təyinat alıb.
O, bu vaxtadək Kvemo Kartli bölgəsi qubernatorunun
Administrasiyasında baş mütəxəssis işləyib.
Qeyd edək ki, bu vəzifəni 2017-ci ildən Ayaz Məmmədov tutub. O, bu
ilin iyulunda istefa verib.
Mənbə: report.az