Tbilisidə Gürcüstan və ABŞ-ın müdafiə nazirlikləri arasında saziş
imzalanıb.
Sənədi müdafiə nazirləri – Cuanşer Burçuladze və Lloyd Austin
imzalayıblar.
Saziş Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə
yönəldilib.
C.Burçuladze deyib ki, ABŞ-la möhkəm tərəfdaşlıq Gürcüstanın sabit
inkişafı, həmçinin bölgədə sülh və təhlükəsizliyin qorunmasına
imkan verir:
“ABŞ-la strateji əməkdaşlıqda keyfiyyətcə
yeni mərhələyə qədəm qoymuşuq”.
Pentaqon rəhbəri isə öz növbəsində bildirib ki, ABŞ Gürcüstanı
güclü strateji tərəfdaş kimi qiymətləndirir:
“Bizim
Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz
olaraq qalır. Biz Gürcüstanın müdafiə sektorunda institusional
islahatları dəstəkləyəcəyik, ölkənin NATO ilə əməkdaşlıq
potensialını gücləndirəcəyik və qarşılıqlı fəaliyyəti təşviq
edəcəyik”.