ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə
yeni təyin olunan müavini Erika Olson Gürcüstan, Azərbaycan və
Ermənistana səfər edəcək.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Noyabrın 2-4-dək davam edəcək səfər zamanı diplomat hər üç ölkənin
rəsmi şəxsləri ilə görüşəcək. O, Cənubi Qafqazda regional
əməkdaşlıq və ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparacaq.
Məlumata görə, İrəvanda ABŞ səfirlərinin və digər diplomatik
nümayəndəliklərinin toplantısı keçiriləcək. Tədbirdə Vaşinqtonun
Azərbaycandakı səfiri Örl Lisenberger, Ermənistandakı səfiri Linn
Treysi və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edəcəklər.
Qeyd edək ki, ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı
səfirlərinin bundan əvvəlki toplantıları 2018-ci ildə Tbilisidə,
2019-cu ildə Bakıda keçirilib.